PDF Oxu

Siyasət

  • 1 199

Xalqın parlaq gələcəyini göstərən partiya - FOTO

image

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XII konfransında əvvəlcə YAP-ın yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzülüb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun hesabat məruzəsində deyilib:- Hesabat dövründə rayon təşkilatı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl və sistemli iş aparıb, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi daimi diqqət mərkəzində olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev öz çıxışında dövlət başçısı, Yeni Azərbaycan Partiyası Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkənin davamlı inkişafına verdiyi töhfəsindən, rayonunda həyata keçirilən abadlıq-quruculuq və sosial-iqtisadi layihələrdən ətraflı danışıb.
“Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasi mövqeyi ölkənin davamlı inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edir. YAP Astara rayon təşkilatı hesabat dövründə bir qayda olaraq fəallığı ilə seçilib, qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin birgə fəaliyyəti mühüm rol oynayıb.” Bu fikirləri isə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
Astara Pedaqoji Kolleci ərazi partiya təşkilatının sədri, professor, şəhid atası Kamran Kazımov, Astara Təhsil sektoru ərazi partiya təşkilatının sədri Xədicə Əliyeva, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov partiyanın keçdiyi şərəfli yoldan, hesabat dövründə rayon təşkilatının fəaliyyətindən söz açıblar.
Partiyanın VII qurultayından sonra müəyyən etdiyi prioritet vəzifələrə toxunan YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov onu da vurğulayıb ki, YAP Astara rayon təşkilatı hesabat dövründə fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun quraraq məqsədyönlü fəaliyyət göstərib.
Konfransda YAP Astara rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib, sonda isə Partiyanın Himni səsləndirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər