PDF Oxu

Siyasət

  • 1 119

“Radikal müxalifətin antiterror əməliyyatında əsgərlərimizin şücaətini qiymətləndirməsini görmürük” -DEPUTAT DANIŞDI

image

“20 sentyabr Azərbaycan müasir tarixinin mühüm və əlamətdar hadisələrindən biri kimi dövlətçilik tarixində xüsusi yer tutur. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatdı”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin 20 sentyabr tarixini Dövlət Suverenliyi Günü elan etməsi də həmin hadisənin Azərbaycanın müasir dövlətçilik tarixindəki siyasi və hüquqi əhəmiyyətini nümayiş etdirir:” Bu tarix həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını, həm də dövlətin konstitusion quruluşunun bütün ölkə ərazisində bərqərar edilməsini ifadə edən mühüm simvollardan birinə çevrilib.20 sentyabr hadisələri, eyni zamanda, Azərbaycan cəmiyyətində dövlətçilik, milli həmrəylik və suverenlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirib. Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərin xatirəsi Azərbaycan xalqı tərəfindən ehtiramla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq dövlət suverenliyinin təmin olunması prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.Bununla yanaşı, bu kimi ümummilli əhəmiyyət daşıyan hadisələrə siyasi münasibətin formalaşması da cəmiyyət üçün diqqət çəkən məsələlərdəndir. Hakimiyyətlə siyasi rəqabət və müxalif mövqedə dayanmaq demokratik siyasi sistemin təbii elementlərindən olsa da, dövlət suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizlik kimi məsələlər siyasi müzakirələrdə xüsusi həssaslıq tələb edir.20 sentyabr hadisələri ilə bağlı radikal müxalifət düşərgəsinin müəyyən hissəsinin mövqeyinin ictimai müzakirələrdə kifayət qədər görünməməsi də diqqət çəkən məqamlardan biridir. Xüsusilə xaricdə fəaliyyət göstərən bəzi siyasi və media platformalarının Azərbaycanın dövlət suverenliyi məsələsinə yanaşması cəmiyyətdə müxtəlif suallar doğurur. Separatçı rejimin nümayəndələrinin fikirlərinə geniş yer verilməsi isə bu yanaşmaların siyasi və ictimai baxımdan müzakirə edilməsinə səbəb olur.Bütün bunlar göstərir ki, 20 sentyabr yalnız hərbi hadisənin ildönümü deyil, həm də Azərbaycanın müasir dövlətçilik tarixində suverenlik anlayışının mahiyyətini əks etdirən mühüm siyasi-tarixi gündür. Cəmiyyətin bu hadisələrə münasibəti dövlətçilik və milli maraqlar məsələsində mövcud ictimai mövqelərin də üzə çıxmasına imkan verir.Siyasi baxışların və mövqelərin müxtəlifliyi demokratik cəmiyyət üçün təbii haldır. Lakin dövlətin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi kimi fundamental məsələlər milli dövlətçilik konsepsiyasının əsas dayaqları hesab olunur. 20 sentyabrın yaratdığı tarixi və siyasi reallıq da məhz bu kontekstdə qiymətləndirilməlidir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər