PDF Oxu

Siyasət

  • 995

Millətin xoş güzəranı üçün çalışan millət vəkili... - FOTOLAR

image

Rəşad Mahmudov həkimlik peşəsinə ürəkdən bağlı olması, yüksək zəkası, xalqına sevgisi, vətənpərvərliyi, eləcə əxlaqi keyfiyyətləri ilə yaxşı ad qazanıb. Bu dəyərli şəxsiyyət Azərbaycan səhiyyəsinin inkişafı, insanların sağlamlığı naminə bütün istedadını, var-qüvvəsini sərf edir. Onun şəfalı əlləri vaxtında minlərlə xəstənin dadına çatıb, onları ikinci dəfə həyata qaytarıb.
Rəşad həkim bir millət vəkili olaraq üzərinə düşən vəzifələrini vicdanla, layiqincə yerinə yetirir. Necə deyərlər, o, bu işdə də ağıllıdır, işgüzardır, xeyirxahdır. Hər dəfə adamları sağlam, xoş əhval-ruhiyyədə görəndə üzünü xoş bir təbəssüm alır. Astaralı seçicilər öz deputatı ilə görüşündə isə gözəl həyat naminə onlara yeni güc, qurub-yaratmağa həvəs gəlir. Axı bu dəyərli şəxsiyyət insanlara yaxşılıq etmək, onların qayğısına qalmaq, problemlərinin həlinə yardımçı olmaq istəyi ilə yaşayır. Xalq üçün çalışmaq, əzmkarlıq göstərmək Rəşad həkiminin iş dünyasından, mənəvi aləmindən qaynaqlanır.

Milli Məclisin deputatı Rəşad Mahmudov Astarada seçicilər ilə növbəti görüşünü keçirdi. Ona üz tutanlara çox səmimi, təmənnasız münasibəti yenə də özünü göstərdi. Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında baş tutan qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti fərdi qaydada dinlənildi, onları narahat edən sosial, hüquqi, səhiyyə, məşğulluq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Qaldırılan məsələlərin bir qisminə yerindəcə aydınlıq gətirildi və mümkün həll yolları müəyyən edildi. Əlavə araşdırma və aidiyyəti dövlət qurumlarının dəstəyini tələb edən müraciətlər isə nəzarətə götürülərək müvafiq instansiyalar qarşısında qaldırılması üçün qeydə alındı.
Vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların qayğı və problemlərini tam dinləyib, mümkün məsələlərin operativ həllinə dəstək göstərilməsi millət vəklinin deputat fəaliyyətinin mühüm istiqaməti sayılır.
Millət vəkili onu da bildirdi ki, ölkə rəhbəri İlham Əliyevin dövlət siyasətinin mərkəzində vətəndaşın dayanması ilə bağlı müəyyən etdiyi prinsiplərə uyğun olaraq, seçicilər ilə davamlı təmasın saxlanılması, onların müraciətlərinə həssas və məsuliyyətli yanaşılması bundan sonra da davamlı olacaq.
Bəli, həkim deputat Rəşad Mahmudov Vətənə, xalqına sədaqətli xidmət göstərdiyi üçün ilk baxışdan adama doğma və əziz gəlir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər