PDF Oxu

Siyasət

  • 1 166

Milli qurtuluşdan Tarixi Zəfərə: Heydər Əliyev ideyalarının təntənəsi

image

Tarixin elə günləri var ki, illər keçsə də xalqın yaddaşından heç vaxt silinmir. O günlər hər dəfə sevgi ilə xatırlanır, çünki tarixdə qalan xoş hadisə xalqın taleyində iz buraxır. Belə günlərin dəyəri zaman keçdikcə daha da artır. 2003-cü il 3 oktyabr da xalqımızın yaddaşında əbədi yaşayacaq belə tarixlərdəndir. Bu tarix millətin taleyini dəyişdi, dövlətçilik yolumuzun istiqamətini müəyyənləşdirdi. 3 oktyabr xalqın taleyinə qərar verdiyi, dövlətçilik iradəsini ortaya qoyduğu tarixi gündür. Milli yaddaşımızda dövlətçilik tariximizin mühüm səhifəsi kimi yaşayan həmin prezident seçkisində xalq öz seçimini etdi. Seçicilərin mütləq əksəriyyəti Heydər Əliyevə səs verməklə müstəqil Azərbaycanı qorudu, mübaliğəsiz demək olar ki, Azərbaycanı seçdi.

Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı. Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi.
Ölkənin uğursuz və bərbad qurulan daxili və xarici siyasətini dəyişən Ulu öndər hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Dövlətin qanunla idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkənin dünyadakı mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycanın taleyini xaosdan çıxarıb dövlətçilik məntiqinə qaytaran bu siyasi xətt sonrakı illərin inkişafının əsasını qoydu.
Xalqın adamı kimi xalqın seçimi ilə qələbə qazanaraq prezident seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başladı. Buna qədər ölkədə siyasi hərc-mərcliyin, vətəndaş müharibəsinin, separatizm alovunun qarşısını alan böyük liderin rəhbərliyi ilə ölkədə sabitlik, iqtisadi inkişaf və tərəqqi üçün real zəmin yarandı. Dövlət idarəçiliyində məsuliyyət və tələbkarlıq artdı, ölkənin daxili həyatında nizam bərpa edildi. Azərbaycan müstəqil qərarları özü verən dövlət kimi yoluna davam etdi. Keçmiş iqtidarın yarıtmaz fəaliyyətinin nəticəsi kimi bir-birinə nifrətlə baxan, pərən-pərən olmuş xalq Heydər Əliyevin fövqəladə böyüklüyü ilə milli həmrəyliyə qovuşdu. Onun siyasi iradəsi cəmiyyətdə parçalanmış münasibətləri aradan qaldıraraq insanları dövlətin, milli məfkurənin ətrafında birləşdirdi.
Ölkənin uğursuz və bərbad qurulan daxili və xarici siyasətini dəyişən Ulu öndər hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını möhkəmləndirdi. Dövlətin qanunla idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkənin dünyadakı mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Azərbaycanın taleyini xaosdan çıxarıb dövlətçilik məntiqinə qaytaran bu siyasi xətt sonrakı illərin inkişafının əsasını qoydu. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafına, genişmiqyaslı quruculuq işlərinə və dövlətin müdafiə imkanlarının güclənməsinə böyük yol açdı. Bu iqtisadi güc müasir ordunun qurulmasına, onun maddi və texniki imkanlarının genişləndirilməsinə şərait yaratdı. Məhz həmin ordu 2020-ci ildə Qarabağı işğaldan azad edərək xalqımızın 30 illik həsrətinə son qoydu.
15 oyunda başlayan qurtuluş estafeti 3 oktyabrda xilaskarlıqla tamamlandı. Tarix sübut etdi ki, Heydər Əliyevin varlığı müstəqil dövlətin qurulması ilə epoxal tariximizin ən böyük dönüş nöqtəsi oldu. Dünyada liderlik nümunələri olub, olur və olacaq. Amma liderliyin Heydər Əliyev nümunəsinə rast gəlmək çətindir. 3 oktyabrda xalqın seçki məntəqələrinə sevgi və inamla gedərək öz həqiqi liderini seçməsi uzaq tarixdən gələn dövlətçilik yaddaşının, milli iradənin və xalqla lider arasında yaranmış tarixi bağlılığın ifadəsi idi.
Xalq heç vaxt yanılmır. Təkidlə əvəzsiz övladı Heydər Əliyevi siyasi səhnəyə dəvət edən xalq 3 oktyabrda qüdrətli, ən böyük azərbaycanlını Prezident seçməklə doğru seçimini nümayiş etdirdi. Bununla da xalq bu tarixi seçimlə Azərbaycanın gələcəyini, dövlətçiliyimizin möhkəmliyini, müstəqil yaşamaq iradəmizi və xalqımızın sabahını müəyyənləşdirdi. Bu seçim Azərbaycanın tarixində yeni siyasi eranın başlanğıcını qoydu. Heydər Əliyevin liderliyi dağılmış dövlət idarəçiliyinin bərpasına, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulmasına və müstəqilliyimizin daha etibarlı təminatına yol açdı. Tarixin sonrakı gedişi 3 oktyabr seçiminin xalqın taleyində buraxdığı dərin izi və Azərbaycanın gələcəyində oynadığı böyük rolu aydın göstərdi. Heydər Əliyevin Azərbaycan tarixində Ümummilli lider səviyyəsinə yüksəlməsi təsadüfi olmadı. O, istər ittifaq dönəmində, istərsə də müstəqillik illərində xalqın adamı oldu, xalqına bağlılığını və sevgisini fəaliyyəti ilə göstərdi. Ona görə Heydər Əliyev sevilir və xalqın yaddaşında əbədi yaşayır, böyük şəxsiyyətlərin ideyaları və dövlətçilik irsi zamanın sərhədlərini aşaraq nəsildən-nəslə ötürülür. Bu baxımdan Heydər Əliyev tariximizin şərəfli səhifəsi, ölməzliyin və əbədiyyətin özüdür. Bizə azad və qürurlu həyat bəxş edən əbədiyaşar liderimiz həmişə bizimlədir, yaşayır. Ölməzliyi xalqımızın yaddaşında, əbədiyyəti isə Azərbaycan adının varlığındadır!

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər