Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Müharibələr və qarşıdurmaların geniş vüsət aldığı dövrdə ölkəmiz sabitlik və təhlükəsizlik mühiti ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan nəinki ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin yaratdı.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında qeyd edib ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə yönəldilir. Biz sərhədlərimizi müasir texnologiyalarla qoruyuruq, lakin ideoloji risklər sərhəd tanımır, xüsusilə internet, kiberhücumlar və süni intellekt dövründə.
Son dövrlər baş örtüsü, hicab məsələsinin süni şəkildə qabardılaraq Ümumi təhsil haqqında Qanuna edilən dəyişikliklərə qarşı kampaniyanın başlıca aktorları da məhz bu mərkəzlərdir. Prezidentin qeyd etdiyi kimi, onların məqsədi birliyimizi sarsıtmaq, Azərbaycanı özlərinə tabe etdirmək, bizi müstəqillik yolundan döndərib idarə etməkdir.
Təhsilalanlara tələblər baxımından dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər görülür.Təhsilverənlərə tələblər baxımından, Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş Tələblər dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyimlə bağlı vahid qaydaları müəyyən edir.
Hüquqi və institusional yanaşma baxımından dəyişikliklər vahid yanaşmanın təmin edilməsinə yönəlib və beynəlxalq təcrübədə geniş istifadə olunur
Uşaq hüquqları haqqında Qanunun 19.2-ci maddəsinə görə valideynlər uşaqları öz dini əqidəsinə uyğun tərbiyə edə bilər, lakin uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır və dini tərbiyə onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş əlavəyə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarına əsasən, təhsilverənlər əmək funksiyalarını yerinə yetirərkən məktəbdə və məktəbi təmsil etdikləri rəsmi tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Onların geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun, mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı funksional geyimlər istisnadır.
Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsinə əsasən daxili intizam qaydalarını təsdiq etmək direktorun səlahiyyətinə aiddir. Şagirdlər dərsə müəyyən edilmiş geyim formasında gəlməli, üst geyimini çıxarmalı, formanı səliqəli saxlamalı və gigiyena qaydalarına riayət etməlidirlər
Baş örtüsü də daxil olmaqla neqativlərə qarşı əks-təbliğat baxımından Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığına, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət mühitinin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına görə heç bir məhdudiyyət yoxdur. Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olub və milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dəyərlərinə böyük ehtiram göstərilir.
Azərbaycan modelində milli-mənəvi irsin qorunması dünyəvi dövlətçilik və qanunun aliliyi ilə uzlaşdırılır. Dünyəvi dövlət milli-mənəvi dəyərlərin qorunmasına zidd deyil. Tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının ən yaxşı qorunduğu cəmiyyətlər məhz dünyəvi dövlətlərdir. Dini etiqad azadlığı təmin edilir, lakin dini inanclar hüquq pozuntusuna və ya digər şəxslərin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz.
Ölkədə müsəlman qadınların baş örtüsü ilə bağlı heç bir məhdudiyyət yoxdur. Qadınların istədiyi dini həyat tərzini seçmək hüququ Konstitusiya ilə təmin edilir. Lakin təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun hər cür ideoloji təsir və təzyiqdən qorunmasına şərait yaratmaqdır. Məktəblərdə vahid forma dini ayrı-seçkilik deyil, bərabərliyin qorunmasına xidmət edir.
Azyaşlı uşağın dini davranışı ilə yetkin şəxsin dini seçimi eyni müstəvidə qiymətləndirilməməlidir. Uşağın dünyagörüşü hələ formalaşır. Məktəb yaşında yalnız qız uşaqlarının müəyyən dini geyim normalarına tabe etdirilməsi onların sosiallaşmasına və həmyaşıdları ilə münasibətlərinə ciddi təsir göstərir. Baş örtüsü uşağın dini kimliyinin göstəricisinə çevrildikdə uşaq özünü fərqli qrupun mənsubu kimi qavramağa başlayır. Qız uşaqlarına məcburi dini baş örtüyünü təbliğ edən xarici radikal mərkəzlərin təsiri məhdudlaşdırılmalı, valideynlərlə maarifləndirici iş aparılmalıdır.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri