PDF Oxu

Siyasət

  • 546

Ortaq tarixdən strateji gələcəyə doğru - ŞƏRH

image

ktyabrın 8-də Türkmənistanın gözəl Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regionumuzun siyasi, iqtisadi və həmçinin nəqliyyat xəritəsində əhəmiyyətli dönüş nöqtələrindən ən vacib və mühüm hissəsinə çevrildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu yüksək səviyyəli platformada iştirakı və dərin məzmunlu çıxışı bir daha göstərdi ki, Azərbaycan Dövləti təkcə Cənubi Qafqazın lider dövləti deyil, həmçinin də Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolu oynayan qlobal dövlət kimi öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir.
Məkan və zamanın tələbinə uyğun olaraq dövlətimizin apardığı uzaqgörən siyasət ardıcıl olaraq dövlətimizin uğurları ilə tamamlanır. Ümumi tarixdən yaranmış bu əlaqələr strateji gələcəyə doğru öz təməl nöqtələrinin əsasını qoyur.
Azərbaycan və Mərkəzi Asiya ölkələrini yalnız coğrafi yaxınlıq ilə deyil,həmçinin əsrlərə söykənən dərin tarixi, mədəni və irsi,soy-kök telləri bağlayır. Bu gün dövlət başçımızın həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən xarici siyasət sayəsində bu tarixi bağlılıq praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq modelinə çevrilmişdir.
Cənab Prezidentimiz İlham Əliyevin Türkmənbaşı zirvə görüşündəki proqram xarakterli çıxışı xalqlarımızın bir daha ümumi maraqlarına söykənən birliyin vacibliyini bir daha diqqətə çatdırdı.Dövlətimizin mədəni-milli irsimizi istənilən yerdə göstərməsi və üstün tutması Azərbaycan dövlətinin bir daha Türk birliyi üçün göstərdiyi mühüm və güclü siyasətinin göstəricisidir. Qlobal geosiyasi gərginliklərin və iqtisadi çalxalanmaların yaşandığı müasir dövrdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan dövləti vahid cəbhədən çıxış etməsi, bununla yanaşı təhlükəsizlik və sabitliyin təmin olunmasında həmrəyliyimizin nümayiş etdirməsi dövlətçilik maraqlarımızın zəruri tələbidir.
Strateji sahələrdə qlobal liderliyimiz bir daha dövlətimizin güclü siyasətinin göstəricisidir.
Cənab Prezidentimiz İlham Əliyev çıxışında xüsusi vurğuladığı əsas istiqamətlər dövlətimizin milli maraqları ilə tam üst-üstə düşür
Orta dəhliz və nəqliyyat-logistika qovşağı sahəsində də ölkələrimizin əlaqələri böyütməsi indiki dövr üçün ən önəm kəsb edən məsələlərdən biridir. Azərbaycan dövləti Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında ən etibarlı və qısa marşrut təklif edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzərdəki müasir donanmamız Şərq-Qərb nəqliyyat dəhlizinin onurğa sütununu təşkil edir.
Təbii ki,enerji təhlükəsizliyi və yaşıl enerji sahələrində əməkdaşlıqda bu sahədə ən vacib məsələlərdən biridir. Enerji resurslarının traziti və birgə layihələrin icrası regionumuzun geoiqtisadi çəkisini daha da artırır.
Mədəni-Humanitar Birliyimiz əlaqələrin olmasıda ölkələrimizin nə qədər güclü bağlar qurduğunun təzahürüdür. Türk dünyasının və Mərkəzi Asiya regionunun vahid güc mərkəzi kimi formalasmasında mədəni inteqrasiyanın rolunun gücləndirilməsi.
Müstəqil və Güclü Azərbaycanımızın Qələbəsi və həmdə
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycan beynəlxalq aləmdə öz sözünü daha inamla deyir. Bu gün ölkəmiz regional təşəbbüslərin müəllifi və əsas hərəkətverici qüvvəsidir. Cənab Prezidentimiz İlham Əliyevin hər bir xarici səfərdə və mötəbər sammitlərdə nümayiş etdirdiyi uzaqgörən liderliyi Azərbaycanın nüfuzunu zirvələrə qaldırır.
Türkmənbaşı görüşü bir daha sübut etdi ki, Mərkəzi Asiya ölkələri Azərbaycanı etibarlı müttəfiq, regional sabitliyin zəmanətçisi və güclü Liderə malik qüdrətli dövlət kimi qəbul edir. Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yürüdülən bu müdrik siyasi xətt Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafına və xalqımızın rifahına xidmət etməkdədir.

Elgün Rüstəmli

YAP Yasamal Rayon Təşkilatının gənc fəalı

Digər xəbərlər