Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının sədri ilham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş görüşlər davam edir.
Növbəti görüş dağlar diyarının Nuravud kəndində baş tutub. Görüşdə qurultayda diqqətə çatdırılan məsələlər, partiyanın əsas fəaliyyət istiqamətləri və müəyyən edilmiş vəzifələrin icrası barədə danışan YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov deyib:- Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan və çox əlamətdar hadisə oldu. Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr yalnız xalqımızın işıqlı gələcəyinə xidmət edir. Qurultayın bütün müddəaları, həmçinin gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər natiqlər çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişafinın əhəmiyyətindən bəhs olunub.
Eləcə görüşdə iştirakçılar da müzakirə olunan mövzular ətrafında fikirlərini bildirərək, qarşıda duran vəzifələr və onların həyata keçirilməsi istiqamətində görüləcək işlər haqqında danışıb, fikir mübadiləsi aparıblar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü