PDF Oxu

Siyasət

  • 603

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, Mədəniyyət sahəsi üzrə ƏPT-da müşavirə keçirildi

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, Mədəniyyət sahəsi üzrə ƏPT-da müşavirə keçirildi

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə dair 15 oktyabr 2026-cı il tarixində saat 15:00-da YAP Xocalı rayon təşkilatı tərəfindən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, Mədəniyyət sahəsi üzrə ƏPT-da 12 nəfər partiya fəalının iştrakı ilə müşavirə keçirildi.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət Himninin səsləndirilməsi ilə başladı. Müşavirədə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə etdi. Məruzə ətrafında Mədəniyyət sahəsi üzrə ƏPT sədri Partiya fəallı Rüstəm Hümbətov, digər YAP üzvləri mövzu ətrafında geniş şəkildə çıxış etdi. Müşavirə iştrakçıları tərəfindən bir neçə təkliflər səsləndirildi.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatdı.

Digər xəbərlər