PDF Oxu

Siyasət

  • 524

Füzuli – həsrətdən Zəfərə uzanan yol - ŞƏRH

Füzuli – həsrətdən Zəfərə uzanan yol - ŞƏRH

17 oktyabr – Azərbaycan xalqı üçün əlamətdar günlərdən biridir. Bu tarix doğma yur­dun azadlığa qovuşduğu, illərlə Vətən həsrəti ilə yaşayan insanların ümidlərinin yenidən çiçəkləndiyi, milli iradənin və sarsılmaz qətiyyətin zəfərə çevrildiyi gündür. Hər il 17 okt­yabrda qeyd olunan Füzuli Şəhəri Günü xalqımızın yaddaşında zəfərin, qayıdışın və ye­ni­dən doğuluşun rəmzi kimi yaşayır.

23 avqust 1993-cü ildə mənfur düşmənlərimiz tərəfindən işğal edilən Füzuli rayonu il­lərlə ağır sı­naqlarla üzləşdi. Şəhər və kəndlər da­ğın­tı­la­ra məruz qaldı, tarixi-mədəni irsə cid­di ziyan dəydi, minlərlə insan doğma evindən, el-oba­sından, uşaqlıq xatirələrindən ayrı düş­dü. Bir vaxtlar insanların səsi ilə canlanan kü­çə­lər susdu, evlərin işıqları söndü, doğma yurdun həsrəti isə köçkün ailələrin qəlbində il­lər­lə yaşadı.

Lakin illər keçsə də, Füzuliyə bağlılıq azalmadı. İnsanlar doğma torpaqlarına qa­yı­da­caq­ları günün ümidini yaşatdılar. Hər bir ailənin yaddaşında qorunan ev xatirəsi, hər bir va­lideynin övladına danışdığı yurd hekayəsi bu bağlılığı nəsildən-nəslə ötürdü. Çünki Vətən sevgisi, doğma torpağa bağlılıq zaman keçdikcə unudulmur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sent­yabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mər­­­­­hələnin əsasını qoydu. Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin qəh­rə­­manlığı, xalqımızın birliyi və əzmi sayəsində torpaqlarımızın azadlığı uğrunda tarixi mü­­barizə aparıldı. 2020-ci ilin oktyabrın 17-də Müzəffər Ali Baş Komandan Füzuli şə­hə­ri­nin işğaldan azad edil­mə­si xəbərini xal­­qımıza çatdırdı və böyük sevinc bəxş etdi. Bu xəbər uzun illər doğma yurd həsrəti çəkən in­san­la­rın qəlbində yeni ümidlər oyatdı, öl­kə­mi­zin hər yerində qürur və fərəh hissi yaratdı.

Füzulinin azadlığı təkcə hərbi uğur deyildi; bu, illərlə davam edən həsrətə son qoy­maq yolunda atılmış tarixi addım, ədalətin bərpasına doğru irəliləyiş və milli iradəmizin tən­­tənəsi idi. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xal­qı­mı­zın qəlbində yaşayır və əbədi olaraq yaşayacaq. Onların qəhrəmanlığı qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik.

Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı quruculuq işləri şəhərin gələcək in­ki­şa­fı üçün mühüm zəmin yaradır. Yeni yollar, müasir infrastruktur, yaşayış sahələri və so­sial obyektlər azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasının göstəriciləridir. Bu dirçəlişin mühüm rəmzlərindən biri Füzuli Beynəlxalq Hava Limanıdır. Müasir hava li­manı Qarabağın nəqliyyat imkanlarının genişlənməsində və bölgənin əlaqələrinin güc­lən­məsində əhəmiyyətli rol oynayır.

Şəhərin yenidən qurulması ilə yanaşı, insanların doğma torpaqlara qayıdışı da xüsusi əhə­­miyyət daşıyır. 18 avqust 2023-cü ildə tarixindən başlayaraq Füzuli şə­hə­rinə qa­yı­dış baş­ladı. Bu hadisə uzun illər yurd həsrəti çəkən ailələr üçün həyatlarının ən unu­dul­maz an­­larından birinə çevrildi. Doğma evə qayıtmaq, illərlə xəyal edilən kü­çə­lər­də ye­ni­dən addımlamaq, ailə ocağını bərpa etmək insan üçün sözlə ifadəsi çətin olan duy­­­ğu­lardır.

Böyük Qayıdış yalnız insanların yaşayış yerlərinə dönməsi ilə məhdudlaşmır. Bu pro­ses iqtisadi və sosial həyatın bərpasını, təhsil və məşğulluq imkanlarının geniş­lən­diril­mə­sini, insanların öz doğma yurdlarında davamlı və təhlükəsiz həyat qurmasını nəzərdə tu­tur. Füzulinin gələcəyi də məhz bu amillərin vəhdəti ilə formalaşır.

Füzuli qədim tarixə və zəngin mədəni irsə malik Azərbaycan torpaqlarındandır. Bu əra­zilərin tarixi-mədəni irsi xalqımızın keçmişini, sənətkarlıq ənənələrini və mədəni kim­liyini əks etdirir. İşğal illərində həmin irsə vurulan zərər təkcə maddi itki deyil, həm də tarixi yaddaşa ağır zərbə idi. Buna görə də azad edilmiş ərazilərdə mədəni irsin qo­run­ması, tarixi abidələrin bərpası və gələcək nəsillərə çatdırılması mühüm və­zi­fə­lər­dən­dir.

31 iyul 2023-cü il tarixində Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamla iş­ğal­dan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi və 17 oktyabr Füzuli Şəhəri Gü­nü kimi müəyyənləşdirildi. Beləliklə, bu tarix hər il xalqımızın tarixi Zəfərini, Füzulinin azad­­lığını və dirçəlişini ehtiramla yad etmək üçün xüsusi məna qazandı.

Bu gün 17 oktyabr tarixini qeyd edərkən yalnız keçmişdə qazanılmış Zəfəri xa­tır­la­mı­rıq. Həm də gələcəyə baxır, azadlığın məsuliyyətini, quruculuğun əhəmiyyətini və doğ­ma tor­paqların inkişaf etdirilməsinin vacibliyini dərk edirik. Füzulinin hər yeni kü­çə­si, hər bər­pa olunan evi, hər qurulan obyekti bu torpağın həyatla dolduğunu göstərir.

Füzulinin dünəni həsrət, bugünü qayıdış, sabahı isə ümid və inkişafdır. Bu şəhər bir da­ha sübut edir ki, doğma torpağa bağlılıq nə zamanla silinir, nə də məsafələrlə zəifləyir. Bu gün Füzuliyə baxanda yalnız yenidən qurulan bir şəhəri deyil, xalqımızın sarsılmaz ira­dəsini, tarixi yaddaşını və gələcəyə inamını görürük.

Füzuli azaddır, Füzuli dirçəlir, Füzulidə həyat davam edir. Vətənə qayıdış yalnız bir ar­­­zunun gerçəkləşməsi deyil, tarixin gələcəyə açılan qapısıdır.

Nemət Məmmədov

“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi

Digər xəbərlər