PDF Oxu

Siyasət

  • 630

Ölkəmizin davamlı inkişafı naminə qarşıda duran prioritet istiqamətlər

Ölkəmizin davamlı inkişafı naminə qarşıda duran prioritet istiqamətlər

Ölkəmizin hər yerində olduğu ki, cənub qapımız Astarada da Ərazi Partiya Təşkilatlarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən məsələlərə həsr olunmuş tədbirlər əhali tərəfindən böyük maraqla qarşılanır. Növbəti belə tədbir Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutub.

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının tərəfindən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş dəyirmi masa iştirakçıların fəallığı ilə keçib.
Görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqinin əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən və ölkəmizin davamlı inkişafı naminə qarşıda duran prioritet istiqamətlərdən danışıb.
Daha sonra Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Etibar Abbasov və Astara Rayon Heyvan Sağlamlıq və Baytarlıq Xidməti İdarəsinin rəisi Mübariz Axundov çıxış edərək Prezident İlham Əliyevin qurultaydakı nitqində irəli sürülən fikirləri təhlil edib, aqrar sahənin inkişafı, qarşıya qoyulan hədəflərin reallaşdırılması və bu istiqamətdə görüləcək işlər barədə fikirlərini bölüşüblər. Həmçinin Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin yerinə yetirilməsində hər bir vətəndaşın, xüsusilə də Yeni Azərbaycan Partiyasının üzvlərinin fəal iştirakının vacibliyini deyiblər .
Tədbirə yekun vuran Həbib Cəfərov qurultayda partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının, təşəbbüskarlığın və ictimai fəallığın əhəmiyyətini vurğulayıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər