PDF Oxu

Siyasət

  • 467

Füzuli azaddır, Füzuli dirçəlir!

Füzuli azaddır, Füzuli dirçəlir!

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa GEM” və “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 17 oktyabr – Füzuli şəhəri günü xalqımızın tarixi Zəfərinin, milli qürurunun və əzəli torpaqlarımıza qayıdışının rəmzidir. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu şanlı qələbə 44 günlük Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

Daha sonra çıxış edən natiqlər – Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Mehriban Nəbiyeva, “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev və “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının sədri Məhbubə Məmmədova bildiriblər ki, bu gün Füzuli şəhərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, doğma yurdlarından didərgin düşmüş sakinlərin öz torpaqlarına qayıdışı təmin olunur. Şəhərin yenidən qurulması Azərbaycanın iqtisadi qüdrətinin, quruculuq əzminin və gələcəyə inamının bariz nümunəsidir. Füzuli şəhəri günü münasibətilə keçirilən tədbirin əsas məqsədi şanlı tariximizi yaşatmaq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin əhəmiyyətini vurğulamaqdır.

Digər xəbərlər