Lerik rayon Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti tədbir “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” nə həsr olunmuşdu.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı sayəsində baş tutan “Müstəqilliyimiz dönməzdir, əbədidir” adlı tədbirdə çıxışlar zamanı dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, görkəmli dövlət rəhbəri, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən böyük fəxrlə danışılıb, eləcə müstəqilliyimizin qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Tural Əliyev,
Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi