Lerik rayon Heydər Əliyev Mərkəzinin və Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz – dövlətçilik tariximizin şanlı səhifəsi” mövzusunda açıq dərs keçirilib.
Tədbirin əvvəlində görkəmli dövlət xadimi , Azərbaycanın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edib tarix yazan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açıq dərs zamanı şagirdlər Azərbaycanın müstəqillik tarixinə, dövlətçilik ənənələrinə və milli müstəqilliyimizin əhəmiyyətinə həsr olunmuş şeirlər söyləyib, hazırladıqları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında , onun qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri və müasir Azərbaycanın inkişaf yolundan söhbət açılıb.
Əsas məqsədi şagirdlərə Azərbaycanın müstəqillik tarixini aşılamaq, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə hörmət hissini gücləndirmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olan tədbirin sonda açıq dərsdə fəal iştiraklarına görə şagirdlər Təşəkkürnamələrlə layiq görülüblər .
Tural Əliyev,
Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi