PDF Oxu

Siyasət

  • 811

İlham Əliyevin çıxışı kontekstində AQEM-in VII Zirvə Görüşü - ŞƏRH

İlham Əliyevin çıxışı kontekstində AQEM-in VII Zirvə Görüşü - ŞƏRH

15 oktyabr 2026-cı ildə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü təşkil edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayaraq, tədbiri açıq elan etdi. Prezident İlham Əliyev VII Zirvə Görüşündə iştirak edən hər kəsə dəvəti qəbul etdiklərinə görə öz təşəkkürünü bildirdi.

Daha sonra Ölkə Başçısı İlham Əliyev Zirvə Görüşünün gündəliyini təsdiq edib, gündəlikdə duran məsələlərlə bağlı fikrini bildirdi. VII Zirvə Görüşündə müzakirəyə çıxarılan ilk məsələ Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması idi ki, səs çoxluğu ilə bu qərar qüvvəyə mindi.

Prezident İlham Əliyev AQEM-in hazırkı sədri qismində ilk özü çıxış edərək, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə öz təşəkkürünü bildirdi. Cənab Prezident İlham Əliyev bunu hörmət və etimad əlaməti kimi dəyərləndirərək, qeyd etdi ki: “Coğrafi olaraq Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formalar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.

Prezident İlham Əliyev VII Zirvə Görüşündə Azərbaycanın 35 il əvvəl müstəqilliyini bərpa etdiyini söyləyərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qaldığını da görüş iştirakçılarının diqqətinə çatdırdı. Bundan başqa Prezident İlham Əliyev çıxışı zamanı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini, həmin qərarın isə 30 il ərzində yalnız kağız üzərində qaldığı bildirdi.

Ölkə Başçısı İlham Əliyev 2020-ci ilin iyul-avqust aylarında Ermənistanın hərbi təxribat törətməsi ilə 44 günlük Vətən müharibəsinin başlandığını, nəticədə zəbt olunmuş 300-dən çox şəhər və kəndin azad edildiyini, 2020-ci ilin 10 noyabr tarixində isə Ermənistanla kapitulyasiya aktının imzalandığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki: “Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi”.

Ölkə Başçısı İlham Əliyev bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusunun tamamilə məhv edildiyini, bundan sonra Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək separatizmə son qoyduğunu bildirdi.

Prezident İlham Əliyev Qarabağ məsələsinin qlobal əhəmiyyət daşıdığını söyləyərək, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibə və münaqişələrin hər zaman davam edə biləcəyini bildirdi.

Cənab Prezident İlham Əliyev müharibə istəmədiyini söyləyərək bildirdi ki, “bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Ölkə Başçısı İlham Əliyev müharibədən qalib çıxdığımızı, 30 illik əzab, soyqırım, şəhər və kəndlərin dağılmasına görə döyüş meydanında qisasın alındığını söylədi. Prezident İlham Əliyev Ermənistana sülh təklifi edildiyini də görüş iştirakçılarının diqqətinə çatdırdı. “Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Prezident İlham Əliyev VII Zirvə Görüşündə AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə diqqət ayrılmasını, nəqliyyat, bağlantı, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığa fəal şəkildə təşviq edildiyini bildirdi.

Cənab Prezident İlham Əliyev AQEM-in institusional və hüquqi baxımdan gücləndiyini, üzvlərin sayının genişləndiyini, öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirməsi üçün imkanlarının əhəmiyyətli dərəcədə möhkəmləndiyini də görüş iştirakçılarının diqqətinə çatdıraraq, görüşün sonunda hər kəsə öz təşəkkürünü bildirdi.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası nəzdində

incəsənət gimnaziyasının müəllimi

Digər xəbərlər