PDF Oxu

Siyasət

  • 600

Tarixi qayıdışın ünvanı – Zəngilan! - ŞƏRH

Tarixi qayıdışın ünvanı – Zəngilan! - ŞƏRH

Zəngilan – Araz çayının sahilində yerləşən qədim tarixi, zəngin təbiəti və mə­də­ni irsi ilə seçilən yurd yerlərimizdəndir. Dağları, çay vadiləri, meşələri və tarixi abi­­də­ləri ilə tanınan bu diyar əsrlər boyu insanların yaşayış məskəni olub. Zən­gi­la­nın adı bölgənin tarixi ilə yanaşı, doğma torpağa bağlılıq, dözüm və yurd həsrəti an­­la­yış­ları ilə də sıx bağlıdır.

Zəngilanın tarixi yalnız abidələr və coğrafi xüsusiyyətlərlə məhdudlaşmır. Bu­ra­­da yaşayan insanların tarixi adət-ənənələri, sənətkarlıq və təsərrüfat bacarıqları, torpağa bağlılığı zəngin irsin ayrılmaz tərkib hissəsidir. Buna görə Zəngilanın bər­­pası həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi de­mək­dir.

Zəngilan rayonu uzun illər düşmənlərimiz tərəfindən işğala məruz qaldı. Əhali doğma evlərini tərk etməyə məcbur oldu, minlərlə insan ölkəmizin müxtəlif böl­gə­lə­rində məskunlaşdı. Uzun illər davam edən məcburi köçkünlük dövrü ailələrin həyatına ağır təsir göstərdi. Lakin insanlar Zəngilana qayıtmaq ümidini itirmədilər. Müqəddəs torpağın həsrəti nəsildən-nəslə ötürülən bir duyğuya çevrildi.

2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycanın müasir ta­ri­xin­də yeni mərhələnin başlanğıcı oldu. 44 günlük müddət ərzində Müzəffər Ali Baş Komandanın başçılığı ilə Şanlı Ordumuz tarixi torpaqlarımızı düşmənlərin iş­ğa­lın­dan azad etdi. Bu möhtəşəm müjdəni, Zəngilanın azadlıq xəbərini cənab Prezident İlham Əliyev xalqa çatdırdı. Bu hadisə Zəngilan sakinləri və bütün Azərbaycan xal­­qı üçün bö­yük tarixi əhə­miy­yət kəsb etdi və şəhərin azad olunması uzun illər da­­­vam edən həsrətin so­na çatacağına, doğ­ma yurdun yenidən dirçələcəyinə inamı güc­­­lən­dir­di.

Zəngilanın azadlığından sonra qarşıda genişmiqyaslı bərpa işləri dayandı. Ya­şa­­yış evlərinin, yolların, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin ye­ni­dən qurulması bölgənin gələcək inkişafı üçün əsas şərtlərdəndir. Məqsəd yalnız da­ğı­dılmış infrastrukturu bərpa etmək deyil, sakinlərin təhlükəsiz, rahat və davamlı həyat sürə biləcəyi müasir yaşayış mühiti yaratmaqdır.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu istiqamətdə diqqət çəkən nümunələrdəndir. 2022-ci ildə kəndə yurd-yuvalarından di­­dərgin düşmüş sakinlərin köçürülməsinə başlanması doğma torpağa qayıdış pro­se­­sində mühüm addım oldu. Müasir evlər, sosial xidmətlər və infrastruktur in­san­la­rın öz yurdlarında yeni həyat qurması üçün imkanlar yaradır.

Eyni zamanda Zəngilanın strateji mövqeyi, mühüm nəqliyyat qovşağının üzə­rin­də yerləşməsi bu rayonu Azərbaycanın regional inkişafı baxımından da vacib mə­kana çevirir.

20 oktyabr Zəngilanın keçmişini, bu gününü və gələcəyini birləşdirən əlamət­dar tarixdir. Bu günün qeyd olunması Vətən uğrunda canından keçən şə­hid­lərin əziz xatirəsini yad etmək, qazilərin fədakarlığını qiymətləndirmək və uzun il­lər qayıdış ümidi ilə yaşayan insanların sevincini bölüşmək deməkdir. Zəngilan Şəhəri Günü eyni zamanda gənc nəslə tariximizi tanıtmaq, azadlığın və sülhün dəyərini anlatmaq baxımından böyük əhəmiyyət daşıyır.

Zəngilanın hekayəsi qədim köklərdən, ağır sınaqlardan, azadlıq sevincindən və qu­ruculuq əzmindən ibarətdir. 20 oktyabr tarixi yaddaşlarda əbədi yaşayacaq sə­hi­fə­lərdən biridir. Zəngilan Şəhəri Günü münasibətilə arzumuz budur ki, bu qədim di­yarın hər guşəsində həyat çiçəklənsin, tarixi irs qorunsun, təbiəti yaşadılsın və doğ­ma yurduna qayıdan hər bir ailə burada firavan gələcək qursun.

Yeni Zəngilanın qurulması tarixdən nəticə çıxararaq daha dayanıqlı gələcək yaratmaqdır.

Bu gün Zəngilan azad edilmiş ərazilərdə bərpa və qayıdış prosesinin rəmzi mə­kan­larından biri kimi diqqət çəkir. Qarşıda görüləcək işlər çoxdur, lakin hər yeni yol, bərpa olunan abidə, açılan məktəb və doğma evinə qayıdan ailə şəhərin hə­ya­tı­na yeni nəfəs verir.

Nemət Məmmədov

“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi.

Digər xəbərlər