YAP Tərtər rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı Cəmilli ərazi partiya təşkilatında iclas keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, yeni ictimai-siyasi və geosiyasi reallıqda keçirilən və ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultay Yeni Azərbaycan Partiyasının həyatında tarixi mərhələdir. Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi dərin məzmunlu, proqram xarakterli nitqin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, YAP-ın VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub.
Digər çıxış edənlər vurğulayıblar ki, YAP-ın VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirilməklə mühüm siyasi əhəmiyyət daşıyır. Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Sonda VIII Qurultayda qarşıya qoyulan vəzifələrin icrasında hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətin böyük olduğu vurğulanıb və partiya üzvlərinin yüksək fəallıq nümayiş etdirməsinin vacibliyi qeyd olunub.