Coğrafi mövqeyi etibarilə Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir. Ölkəmiz regional və qlobal miqyasda qitələri, mədəniyyətləri və iqtisadiyyatları bir-birinə bağlayan mühüm qovşaq kimi çıxış edir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşündə vurğulandığı kimi, Azərbaycanın Avrasiya coğrafiyasındakı rolu yalnız coğrafi mövqe ilə məhdudlaşmır, həm də fəal diplomatiya və nəqliyyat-logistika layihələri ilə dəstəklənir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkəmiz tranzit imkanlarını genişləndirərək Avrasiyada təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə birbaşa töhfə verir. Bu strateji xətt Azərbaycanı regionun aparıcı güc mərkəzinə və beynəlxalq dialoq platformasına çevirmişdir.
Ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr region xalqlarının rifahına xidmət etməklə yanaşı, qitələrarası ticarət əlaqələrinin də etibarlı dayaq bazasını formalaşdırır.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı