PDF Oxu

Siyasət

  • 828

Azad Qubadlı – dirçəliş və tərəqqi yolu

Azad Qubadlı – dirçəliş və tərəqqi yolu

22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və İdman idarəsi” və “Keşikçidağ DTMQ” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 25 Oktyabr – Qubadlı şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın Vətən sevgisinin, milli birliyinin, sarsılmaz iradəsinin və azadlıq uğrunda mübarizəsinin təcəssümü kimi yadda qalıb. Qubadlı şəhərinin işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm hadisələrdən biri olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində ümid və sevinc hisslərini yenidən alovlandırıb.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Hikmət İsmayılov, Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşları Firəngiz İsmayılova, Etera Məmmədova və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Ünnab Paşşanova bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin azad edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olundu. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə xalqımızın yaddaşında tarixi Qələbənin mühüm səhifələrindən biri kimi yer aldı.

Digər xəbərlər