22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Göycəli kənd”və “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Qubadlının azad olunması təkcə hərbi uğur deyil, həm də illərlə doğma torpaq həsrəti çəkən insanların arzularının gerçəkləşməsinə doğru atılmış mühüm addım idi. Şəhərin azadlığı Azərbaycan xalqının birliyini, ordumuzun döyüş əzmini və müstəqil dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək iradəsini nümayiş etdirdi. Bu tarixi hadisə ölkəmizin gələcək inkişafı və işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması üçün yeni imkanlar yaratdı.
Tədbirdə çıxış edən digər natiqlər – “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədri Akim Namazov, Göycəli kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kamran Məmmədov və Göycəli kənd tam orta ümumtəhsil məktəbin direktoru Briliant Aşurova bildiriblər ki, Qubadlının azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması və bölgənin iqtisadi potensialının inkişaf etdirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq tədbirləri yolların çəkilməsini, enerji və kommunikasiya sistemlərinin yenilənməsini, sosial obyektlərin yaradılmasını və yaşayış mühitinin müasirləşdirilməsini əhatə edir. Bu tədbirlər doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və layiqli şəraitdə geri qayıtmaları üçün mühüm əhəmiyyət daşıyır.