YAP Qəbələ rayon təşkilatının Bum ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, Azərbaycanın qazandığı nailiyyətlərdən, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan və qurultayda qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb. O, partiya üzvlərinin üzərinə düşən məsuliyyətin artırılmasının, dövlət siyasətinin və partiyanın ideyalarının əhali arasında təbliğinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər, Günay Hüseynova, Ruhəngiz Musayeva, Gülarə Rəhimova və Yeganə Səbzəliyeva Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən, ölkəmizin əldə etdiyi uğurlardan, partiyanın fəaliyyətinin gücləndirilməsindən və qarşıda duran vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün fəal iştirakının vacibliyindən bəhs ediblər.
Sonda VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.