PDF Oxu

Siyasət

  • 634

Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib

Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında əldə edilən nəticələrin və qarşıdakı mərhələdə həyata keçiriləcək strateji vəzifələrin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatının təşkil etdiyi silsilə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüşlər Şəmsabad, Xosrov və Şordəhnə kənd ərazi partiya təşkilatlarında baş tutub. Görüşlərdə Tofiqi, Şəmsabad, Xosrov, Birinci Aral, İkinci Aral, Qülbəndə və Şordəhnə kəndlərindən olan partiya fəalları iştirak ediblər.

Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşlərdə YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək partiyanın Sədri, Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi mühüm fikirlər, qarşıya qoyulan vəzifələr və strateji hədəflər barədə ətraflı məlumat verib. Anar Şahmuradov dövlət başçısının müəyyən etdiyi istiqamətləri təhlil edib, partiya fəaliyyətinin dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, müasir tələblərə cavab verən ideoloji fəaliyyətin qurulması, yeni yanaşmaların tətbiqi və yerli partiya təşkilatlarının işinin daha da gücləndirilməsi mühüm vəzifələrdəndir. Ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı inkişafı fonunda milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, sağlam ideoloji mühitin formalaşdırılması, dövlətçilik dəyərlərinin təbliği əsas fəaliyyət istiqamətləri kimi önə çəkilib.
Görüşlər zamanı ərazi partiya təşkilatlarının sədrləri və partiya fəallarından Səbinə Mehdiyeva, Zenfira Vəliyeva, Sevgi Əliyeva, Rəsul Nəbiyev, Məzahir Paşayev, Fariz Bəkirov və qurultay nümayəndəsi Esmira Məmmədova çıxış edərək VIII Qurultayın nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji inkişaf siyasətinə dəstək ifadə edib, YAP-ın müasir ideoloji xəttinin Ağdaş rayonunda təşviqi, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətlərini bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcəklərini bildiriblər.

Digər xəbərlər