Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Xoruzlu kəndində mülki şəhid Orxan Rəhbər oğlu İsmayılzadənin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.