PDF Oxu

Siyasət

  • 700

“Qalib dövlət, qalib lider, qalib xalq” - FOTO

“Qalib dövlət, qalib lider, qalib xalq” - FOTO

YAP Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü” nə həsr olunmuş “Qalib dövlət, qalib lider, qalib xalq” mövzusunda tədbir keçirilib.

Tədbirdə ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər, müharibə veteranları və partiya fəalları iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Uğaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Zəfər Gününə aid əl işləri sərgisinə baxış keçirilib.
Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Zəfər Gününə dair videoçarx nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Rayon Ağsaqqallar Şurasının sədri Ələddin Qurbanov, Şəhid atası Müşviq Abbasov, Vətən müharibəsi iştirakçısı Ruslan Qasımov, Birinci Qarabağ müharibəsi qazisi Nazim Cahangirov, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov və Partiya fəalı Elnarə Abbasova çıxış ediblər.
Çıxış və nitqlərdə ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən və bu gün 6-cı ilini qeyd etdiyimiz Məhtəşəm Zəfərin Azərbaycan tarixində mühüm əhəmiyyətindən danışılıb. Bu tarixi qələbənin xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun rəşadətinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olduğunu bildirilib. Şəhidlərin və qazilərin fədakarlığının heç vaxt unudulmayacağı, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğu qeyd edilib.
Natiqlər Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, əsgərlərimizin Vətənə sədaqətindən və tarixi Zəfərin əhəmiyyətindən bəhs edərək, bu tarixi Qələbənin güclü dövlətin, qüdrətli ordunun və xalq-ordu birliyinin təntənəsi olduğunu bildiriblər.
Sonda tədbir iştirakşıları tərəfindən xatirə fotosu çəkdirilib.

Digər xəbərlər