PDF Oxu

Siyasət

  • 784

Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu - ŞƏRH

Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu - ŞƏRH

Bu günlər Masallı rayonu üzrə təhsil sektoru tərəfindən “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib.
Masallı Gənclər Mərkəzində təşkil olunan konfrans dahi şəxsiyyət , Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçib ölməzliyə qovuşan Vətənin qəhrəman övladların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəssisə rəhbərlərinin, müəllimlərin, tərbiyəçi-müəllimlərin, psixoloqlar və valideynlərin qatıldığı tədbirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, davamiyyət və nizam-intizamın təmin olunması, sağlam məktəb mühitinin formalaşdırılması, eləcə də valideynlərin övladlarının təhsilinə daha fəal dəstək göstərməsinin əhəmiyyəti açıqlanıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxışlarında erkən nikahın qarşısının alınması, narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təşviqi və təhsilin cəmiyyətin inkişafındakı rolu kimi mühüm məsələlərə toxunub, bu istiqamətlərdə ailə, məktəb və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Bir daha bildirilib ki, övladlarımızın uğurlu gələcəyi yalnız məktəbin deyil, məktəb və ailənin birgə səylərinin nəticəsidir.
Həmçinin digər çıxışlarda şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi, təlim motivasiyasının artırılması, evdə əlverişli öyrənmə mühitinin yaradılması və təhsil prosesində valideyn dəstəyinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, məktəblilərin təlim nəticələrinin yaxşılaşdırılmasında valideynlərin övladlarının təhsilinə müntəzəm maraq göstərməsi, onların gündəlik dərs fəaliyyətini izləməsi, motivasiya və mənəvi dəstək verməsinin mühüm rolundan danışılıb.

Əsas məqsədi məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının artırılması və şagirdlərin təlim-tərbiyəsində birgə məsuliyyətin təşviq edilməsi olan konfransda, həm də mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb və şagird nailiyyətlərinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər