PDF Oxu

Siyasət

  • 290

Azərbaycan Bayrağı – milli kimliyimizin təcəssümü - FOTOLAR

Azərbaycan Bayrağı – milli kimliyimizin təcəssümü - FOTOLAR

06 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və İdman idarəsi”, “Mədəniyyət işçiləri”, “Ağstafaçay HQİİ” və “Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Azərbaycan xalqının tarixində milli dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması mühüm yer tutur. Bu dəyərlərin ən parlaq ifadələrindən biri Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsini, milli birliyini, dövlət müstəqilliyini və gələcəyə olan inamını özündə əks etdirir.

Tədbirdə çıxış edən digər natiqlər – “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev, “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının fəal üzvü Alidə Yolçuyeva, Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşları Kifayət Əlisgəndərova və Firəngiz İsmayılova bildiriblər ki, Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin müxtəlif bölgələrində maarifləndirici tədbirlər, konfranslar, dəyirmi masalar, sərgilər və vətənpərvərlik mövzusunda görüşlər təşkil olunur. Bu tədbirlərin əsas məqsədi gənc nəslə dövlət rəmzlərimizə hörmət hissini aşılamaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və vətənpərvərlik ruhunu yüksəltməkdir. Dövlət Bayrağımız hər bir azərbaycanlı üçün müqəddəsdir. Onu qorumaq, ucalığını daim yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki bayrağımız yalnız bir dövlət atributu deyil, həm də xalqımızın tarixinin, mübarizəsinin, birliyinin və müstəqillik əzminin ifadəsidir.

Digər xəbərlər