PDF Oxu

Siyasət

  • 486

Azərbaycan Milli Memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu - FOTOLAR

Azərbaycan Milli Memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu - FOTOLAR

17 noyabr 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatının Aparatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi ilə əlaqədar “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Azərbaycan Milli Memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda gənclərlə görüş keçirilmişdir.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış edərək ökəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələsindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən danışıb.
Natiq xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə müasir şəhərsalma standartlarına uyğun aparılan bərpa-quruculuq işlərinin tarixi əhəmiyyətini vurğulayaraq, bu proseslərdə gənclərin fəal iştirakının vacibliyini qeyd edib. Görüşdə iştirak edən Nail Cəbiyev, Əziz Əliyev, Əfsanə Əzimova, Adil Abdinov və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin formalaşdırılması və müasir urbanizasiya proseslərinin inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanıb, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişafı və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Görüş zamanı gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Digər xəbərlər