Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Quba şəhərində "Soyqırımı memorial kompleksi" yaradılsın, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın,
həmçinin Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.