PDF Oxu

Siyasət

  • 10

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verir. Aramızda keçirilən səmərəli, məhsuldar görüşləri məmnunluqla xatırlayaraq ikitərəfli münasibətlərimizin möhkəmlənməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini və iki ölkənin dövlət başçıları arasında səmimi dostluq əlaqələrinin rolunu xüsusi olaraq qeyd etmək istərdim. Ölkənizə rəsmi səfərim zamanı imzalanmış "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" münasibətlərimizin dərin olduğunun yaxşı göstəricisidir. Əminəm ki, Azərbaycan ilə Rumıniya arasındakı dövlətlərarası münasibətlərin inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram."
***
Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd Bin İsa Al Xəlifəyə də təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına sülh və rifah diləyirəm."
***
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Loytharda təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsveçrə arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."
***
Ölkə Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə də təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli Nursultan Abişeviç, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Qazaxıstan əlaqələri tarixən təşəkkül tapmış möhkəm dostluq ənənələrinə malikdir. Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu bayram günündə Sizə, Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıram."

Digər xəbərlər