İyulun 9-da Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana rəsmi səfəri başa çatıb. Azərbaycanın və Suriyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriya dövlətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.