PDF Oxu

Siyasət

  • 13

“Azərbaycan Gürcüstanın ən yaxın dostudur”

“Azərbaycan Gürcüstanın ən yaxın dostudur”
Gürcüstan Prezidenti Mixeil Saakaşvili onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb.
Gürcüstan dövlətinin başçısı Bakıda aparılmış danışıqlardan məmnun olduğunu bildirərək qeyd edib ki, neft-qaz və energetika sahəsində əməkdaşlığa dair, o cümlədən Gürcüstan ərazisində qaz anbarları tikilməsi barədə razılaşma əldə edilib. M.Saakaşvili demişdir ki, həmin anbarlar ölkəsinin təbii qaz ilə təchizatına çoxillik təminat olacaq. Gürcüstan Prezidenti qış dövründə qaz verilməsində fasilələr olmadığına görə, Azərbaycana təşəkkürünü bildirib: "Azərbaycan Gürcüstanın ən yaxın dostudur".
Azərbaycanın Baş naziri Artur Rasizadə vurğulayıb ki, iki ölkənin müxtəlif idarələri arasında tənzimlənmiş geniş əlaqələr qarşıya çıxan məsələləri operativ həll etməyə imkan verir. Baş nazir ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğunu qeyd edib.

Digər xəbərlər