PDF Oxu

Siyasət

  • 13

Azərbaycanla Türkiyə arasındakı əlaqələr uğurla inkişaf edir

Azərbaycanla Türkiyə arasındakı əlaqələr uğurla inkişaf edir
Prezident İlham Əliyev mayın 12-də Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkəri qəbul edib. Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər qeyd etdi ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə, o cümlədən məhkəmə sistemi sahəsində də uğurla inkişaf edir. O, Azərbaycan Ali Məhkəməsinin yeni binasının açılış mərasimində iştirakından məmnunluğunu bildirdi.
Azərbaycan Ali Məhkəməsinin yeni binasının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizdə demokratik və hüquqi islahatların uğurla həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsini ölkəmizdə məhkəmə sisteminin daha da təkmilləşdirilməsi işinə xidmət edəcəyini bildirdi.

Digər xəbərlər