PDF Oxu

Siyasət

  • 4 942

Bəhruz Quliyev: ““Doing Business” hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən iqtisadi islahatlar siyasətin məntiqi nəticəsidir" EKSPERT RƏYİ

Bəhruz Quliyev: ““Doing Business” hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən iqtisadi islahatlar siyasətin məntiqi nəticəsidir" EKSPERT RƏYİ

"Dünya Bank"ı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərinin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir”. SİA xəbər verir ki, bu fikirləri trend-ə açıqlamasında ekspert, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir: “Son illərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, biznesin təşkil edilməsi üçün sərf olunan xərclərin azaldılması və vaxt tutumlu müxtəlif qeydiyyat proseduralarının sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bu baxımdan, beynəlxalq aləmdə biznes mühitinin rahatlığı göstəricilərini özündə əks etdirən hesabatlardan sayılan “Doing Business” reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri növbəti dəfə təsdiq edir”.Bəhruz Quliyev bu hesabatın hər il verildiyini və Azərbaycanın reytinqdə davamlı şəkildə irəlilədiyini xatırladaraq onu da bildirib ki, ümumiyyətlə, son illər ərzində biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyini daha da yaxşılaşdıran ölkəmiz bu hesabatda ən çox islahat aparan ölkələr sırasına daxil olub və bu ön yerləri tutub.“SƏS” qəzetinin baş redaktoru digər mühüm amillərə də toxunub: “Burada başqa mühüm və uğurlu nəticələrə hesablanan faktorlar var. Misal üçün, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və bu indikator üzrə ölkəmizin xeyli irəliləməsinə səbəb olub. Həmçinin, ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması sahəsində əldə edilmiş nailiyyətlər də nəzərə alınır ki, bu da Azərbaycanda sosial siyasətin də əsas siyasətin tərkib hissəsi olduğunu isbatlayır.Xüsusilə, ASAN XİDMƏT mərkəzlərinin yaradılması və biznes mühitinə göstərilən xidmətlərin bu mərkəzlər vasitəsilə aparılması sahəsində dövlətimizin yürütdüyü uğurlu və məntiqli iqtisadi siyasət “Doing Business” hesabatının bütün indikatorları üzrə stabil yüksəlişə nail olmaq üçün çox önəmli və uğurlara söykənən zəmin yaradir”.

sia.az

Digər xəbərlər