PDF Oxu

Siyasət

  • 4 207

“Paşinyan siyasətdə hələ də bomjdur" ÖZƏL-RƏY

“Paşinyan siyasətdə hələ də bomjdur" ÖZƏL-RƏY

“Ümumiyyətlə bu günə qədər mən Ermənistanın hansısa beynəlxalq hüquq normalarına əməl etdiyini görməmişəm”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Ermənistanda həmişə seçkiöncəsi erməni liderləri bu və ya digər formada ancaq özünə divident qazanmaq üçün populist çıxışlarla məşğul olub: “Bildiyiniz kimi dekabrda Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçkilərdə yeni baş nazirin kimliyi bəlli olacaq. Təbii ki, Paşinyan da istəyir ki, ucuz xallar qazansın. Yəni bu adam artıq 6 aydır baş nazirdir, amma ötən gün oğlu Paşinyandan yemək istəməsini şikayət edir. Gör bu nə qədər səviyyəsiz, düşüncəsiz bir adamdır. Adama deyərlər, yaxşı, sənin oğlun əsgərlikdədirsə niyə sən bunu indi deyirsən?Ona görə də ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələdə Paşinyan bildirib ki, birdən-birə mən iki Ramil Səfərovu verə bilmərəm. Əvvəla bunları Ramil Səfərovla eyniləşdirmək olmaz. Çünki bunlar tamam ayrı bir məsələlərdir. İkincisi, bunlardan biri azərbaycanlı olsa da amma Rusiya vətəndaşıdır. Burada beynəlxalq hüquq var. Təbii ki, biz də, Ermənistan da həmin paktlara qoşulub. Həmin paktlarda da konkret olaraq əsirlərin dəyişdirilməsi məsələsi var. Bizdə də erməni əsirləri var. İnanmıram ki, seçkilərə qədər Paşinyan belə bir addım atsın. Çünki bu adam küçədən birbaşa siyasətə gəlib. Bu tip adamlar adətən düşüncəsi dar olan adamlardır. Bu adam siyasətdə hələ də bomjdur. Onu ayrı heç cür başa salmaq mümkün olmayacaq. Bu adam siyasətdən uzaq, düşüncəsiz, əxlaqsız bir şəxsdir. Bu tip adamlar hər cür bəyanat verə bilərlər. Ona görə də mən inanmıram ki, bu yaxınlarda həmin əsirlərin dəyişdirilməsinə nail olaq”.

sia.az

Digər xəbərlər