Siyasət

  • 5 519

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Kuba Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

image

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva martın 11-də Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə partiyanın mənzil qərargahında görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Azərbaycan və Kuba xalqları arasında keçmiş Sovet İttifaqı dövründə formalaşan isti münasibətlərin olduğunu vurğulayaraq, hazırda iki ölkə əlaqələrinin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Səfir Alfredo Nieves Portuondo ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əməkdaşlığı, həmçinin, Kuba Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu ifadə edib. Səfir iki ölkənin beynəlxalq arenada bir-birinə dəstək nümayiş etdirdiyini, həmçinin, Kubanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

yap.org.az

Digər xəbərlər