YAP Binəqədi rayon təşkilatının rəsmi internet saytının yeni dizayn və tərtibatda təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının rəsmi "bineqediyap.org.az" internet saytının yeni dizayn və tərtibatda təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə saytla bağlı məlumat verən YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşı Kubra Əliyarlı bildirib ki, müasir dövrümüzdə informasiya mübarizəsinin getdiyini nəzərə alaraq, müasir dövrün tələblərinə uyğun olaraq, görülən işlərin və keçirilən tədbirlərin işıqlandırılması xüsusi əhəmiyyət daşıyır. Rayon təşkilatı media qurumlarının daha operativ məlumatlandırılması və rayon təşkilatının özünün təbliğatını daha intensiv qurması məqsədilə rəsmi internet saytının yaradılmasını qarşıya mühüm məqsəd kimi qoyaraq, 1 dekabr 2013-cü il tarixdə "bineqediyap.org.az" rəsmi internet saytının yaradılmasına nail olub.Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, rayon təşkilatı tərəfindən tarixi, əlamətdar günlərdə və müxtəlif mövzularda maarifləndirici silsilə tədbirlər, layihələr və görüşlər həyata keçirir: "Bu tədbirlərdə partiya üzvlərinin fəal iştirakı təmin edilir. Görülən işlərin cəmiyyətimizə çatdırılması, insanların müxtəlif mövzularda, əsasən ölkəmizdəki siyasi, iqtisadi, sosial və mədəni sahələrdə baş verən hadisələr barədə xəbərdar edilməsi, onların bu proseslərə qoşulmasını təmin etmək siyasi partiyanın mühüm fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan, YAP Binəqədi rayon təşkilatı öz üzərinə düşən məsuliyyətin tam və düzgün həyata keçirilməsi məqsədilə işini müasir tələblər səviyyəsində qurub. Belə bir şərait partiyanın müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaq zərurətini ortaya qoyub. Bu məqsədlə YAP Binəqədi rayon təşkilatı informasiya texnologiyalarının inkişafından və imkanlarından istifadə edərək, bir sıra təbliğat platformalarından səmərəli istifadə edir".Millət vəkili Kamaləddin Qafarov tədbirdə çıxışı zamanı bildirib ki, dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlərin öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün saytlardan istifadə etməsi ən optimal və əlverişli imkanlardan biri hesab edilir: "Veb-saytlar konkret məzmunu olan informasiya platforması kimi həmin qurumu yüksək səviyyədə təmsil edir və təbliğatını təşkil edir. YAP Binəqədi rayon təşkilatının yeni saytının yaradılması da, məhz bu məqsədlərə xidmət edir".

ZÜMRÜD BAYRAMOVA