PDF Oxu

Siyasət

  • 33 870

"Xalqın maraqlarının təmin olunması üçün mühüm işlər həyata keçiriləcək" İSA HƏBİBBƏYLİ

image

"Yeni parlament xalqın, dövlətin maraqlarının istər regionda, istərsə də beynəlxalq aləmdə ən yüksək səviyyədə təmsil etmək iqtidarında və gücündədir". Bu fikirləri SİA-ya AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib."Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi və geniş çıxış etdiyi bu tarixi iclasda Milli Məclisin rəhbərliyinə, komitələrinə yeni deputatlar seçildi, onların görəcəkləri işlər barədə töbsiyələr verildi", deyən millət vəkilinə görə, məhz bu baxımdan, Azərbaycanın müasir ictimai - siyasi reallığını əks etdirən bu iclasda qəbul edilən qərarlar ölkəmizdə son illərdə həyata keçirilən çoxşaxəli islahatlar kursunun davamı, məntiqi nəticəsidir: "Ümumiyyətlə, bizlər millət vəkilləri olaraq qarşıya qoyulmuş hədəflərə çatmaq üçün var gücümüzlə çalışmaq əzmindəyik. Həmçinin, hesab edirəm ki, yeni parlament xalqın sosial-iqtisadi, mədəni rifahına yönəlik mühüm addımlar atacaq və cəmiyyətimizdə parlamentin yüksək nüfuzunu qoruyub saxlayacaq"."Düşünürəm ki, müstəqil Azərbaycanın yeni parlamenti eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafında, dövlət quruculuğunda, mühüm əhəmiyyətli qanunların qəbulunda, elmin, tərəqqinin inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində və s. sahəlrədə cəmiyyətin tələblərinə uyğun şəkildə fəal iştirak edəcək və bilavasitə xalqın maraqlarının təmin olunması üçün münbit işlər həyata keçiriləcək", dyə bildirən İsa Həbibbəyli yeni seçilmiş millət vəkillərini, spiker və vitse-spikerləri, həmçinin komitə sədrlərini də tədbirk edib. "Fürsətdən istifadə edərək, yeni seçilən millət vəkili həmkarlarıma da işlərində uğurlar arzu edirəm", deyə İsa Həbibbəyli bildirib.

sia.az

Digər xəbərlər