Tarixi dəyişmək cəhdi və ya tarixin özünə belə xəyanət. Tarix müdaxilələri qəbul etmir, baş vermişlərin başqa məcraya yönəlməsi və ya yeni çalarlarla təqdim edilmək istəyi, uydurulmuş mülahizələrlə inandırma bu erməni xislətinin özünəməxsusluğudur. Ermənilər, tarix boyu dünyanı aldatmaqda ən mahir, hiyləgər millət kimi qəbul edilə bilərlər. Onlar həqiqətin gözünün içinə dik baxa-baxa kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Bu qabiliyyət onların qanında və xislətindədir. Siyasi demaqoqluq, avanturizm, yalan, hiylə, riyakarlıq erməni təcavüzkarlarının beynəlxalq arenada istifadə etdikləri ideoloji silahdır. Onlar yalana səcdə etməklə, özlərini də “Böyük Ermənistan” xülyasına inandırmış və öz rollarını bu səpkidə məharətlə ifa etmişdirlər. Çox təəssüflər olsun ki, bir çox dünya ölkələri bu günədək bu yalnaları qəbul etmiş, erməni nağıllarına inanaraq, onları “əzabkeş” xalq kimi tanımış, dəstəkləmişdir. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi - Qara dəniz - Xəzər dənizi arasındakı geniş torpaqları əhatə etmiş uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirməyə çalışmışlar. Böyük dövlətlərin ikili standartlar siyasəti isə terrorçu - separatçı erməni qruplaşmalarının fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Ermənilərin türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırım isə, onlara edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edilmişdir. Lakin bu gün həqiqət zəfər çalaraq, tarixi səhman, zamanın diqtəsi ilə öz sözünü dedi və kimin, kim olduğunu dünyaya bəlirlədi. Son illər beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycan sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməklə qarşı tərəfi bütün mənalarda məğlubiyyətə düçar etdi.

Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşdü. Azərbaycan Ermənistanın işğalçı ölkə olduğunu, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyini dolğun faktlar, sübutlar əsasında təsdiq etdi. Bu gün məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətdədir və bu dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmayıb. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Lakin dünya birliyi Ermənistanı işğalçı dövlət qismində qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Cəbhə bölgəsində, eləcə də müxtəlif ölkələrdə təxribatlar törətməsi, hiyləgər siyasət həyata keçirməsi bunun bariz sübutudur. Bu günlərdə ordumuza dəstək, torpaqlarımızın işğalına etiraz məqsədilə azərbaycanlıların keçirdiyi aksiyalarda ermənilərin sərgilədikləri münasibət dünyaya bir daha göstərdiki, bu ölkə terrorçu və faşist siyasətindən əl çəkmir. Ölkə rəhbərinin qətiyyəti, ordumuzun gücü və milli birliyimiz qarşısında aciz qalan düşmən, yenidən öz məkirli oyunlarını işə salmaqla psixoloji təziq vasitəsinə əl atır, insanları iğtişaşa səsləyir. Eləcədə, siyasi-coğrafi sərhədlərindən aslı olmayaraq, dünyanın bütün regionlarında yaşayan azərbaycanlıların vahid millət kimi birlik və bərabərlik nümunəsi olaraq birləşdiyi zamanda sapı özümüzdən olan baltaların mənasız mülahizələri, düşmənə dəstək misalı fikirləri hər birimizdə təəssüf doğurur. Bu durumda hər bir vətəndaş diqqətli olmalı, daxili və xarici düşmənlərimizə heç bir vəclə imkan verməməliyik, məkirli siyasət yürdənlərə, ağılla, məntiqlə cavab vermək əzmində olmalıyıq! Əminik ki, tezliklə güclü liderimizin qətiyyəti, xalqımızın birliyi, məntiqimizin və ədalətimizin əzmiylə haqq davamızda müzəffər olacayıq !

YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva

yap.org.az