Siyasət

  • 7 766

"Sənaye Parklarında peşə təhsili mərkəzlərinin yaradılması təqdirəlayiqdir" ÖZƏL-MÜNASİBƏT

image

“İqtisadiyatımızın neft-qaz ixracından asılılığını azaltmaq, digər sahələri, o cümlədən sənayenin, kənd təsərrüfatını inkişaf etdirmək Azərbaycan üçün strateji məsələdir. Hazırda ölkəmiz sənaye, yeyinti, qida məhsullarının, istehlak mallarınln əksəriyyətini xaricdən idxal edir. Bu taleyüklü problemin həll olunması, ilk növbədə, iqtisadiyyatımızın ixracyönümlüyünü təmin edər. Bundan başqa, ölkəyə böyük miqdarda valyuta axını baş verər, çoxlu sayda iş yerləri açılar, əhalinin məşğulluğu artar. Bu isə öz növbəsində, yeni istehsalat sahələrinin, peşələrin yaranması baxımından da əhəmiyyətlidir. Bizdə bu istiqamətdə əhəmiyyətli işlər görülür”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, iqtisadiyyatda aparılan islahatların əsas hədəfləri də elə bundan ibarətdir: “Hələ bir neçə il bundan əvvəl Sumqayıtda yaradılmış Sənaye Parkının imkanlarının genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Burada artıq məsullarını xarici bazarlara çıxaran müəssisələr fəaliyyət göstərir. Pandemiya dövründə vətəndaşlarımızın maskaya, qoruyucu vasitələrə olan ehtiyaclarını ödəmək üçün yeni istehsalat müəsıssələri məhz Sumqayıt Sənaye Parkında istifadəyə verilib.Belə istehsalat zonalarının digər regionlarda, xüsusilə də şəhərlərdə yaradılması da məqsədə uyğun olardı. Bu, hər şeydən əvvəl, bölgələrimizdə iş yerlərinin açılmasına xidmət etmiş olar. Hamımız yaxşı bilirik ki, çörəkpulu qazanmaq üçün insanların çoxu rayonlardan Bakıya üz tuturlar. Paytaxtın imkanları isə hüdudsuz deyil. Buradakı hədsiz yüklənmələr başqa problemlərə yol açır.Sənaye Parklarında peşə təhsili mərkəzlərinin yaradılması da təqdirəlayiqdir. Sumqayıtda artıq belə bir mərkəz fəaliyyət başlayıb. Yeni yaranan müəssisələri kvalifikasiyalı işçilər və ustalara təmin etmək çox vacib məsələdir. Hər bir sənaye zonasında peşə hazırlığını həyata keçirən strukturların təşkili müəsissələrimizdə rəqabətə davamlı, mürəkkəb məhsulların istehsalına imkan yaradır.Düşünürəm ki, postpandemiya dövründə sənaye potensialının genişləndirilməsi, geyri-neft sektorunun davamlı inkişafı ölkəmiz üçün prioritet iqtisadi vəzifə olacaqdır. Dünya bazarında neft qiymətlətindəki dalğalanmalar,qeyri stabillik, hasilatın azalması da bunu bizdən tələb edir”.

sia.az

Digər xəbərlər