Siyasət

  • 6 889

"BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tarixi çıxış etdi. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı”. Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir: “Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan, Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.Cənab Prezident çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.Dövlətimizin başçısı çıxışında BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini xatırladıb. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Məhz bu kimi amillər BMT müstəvisində islahatların aparılmasını olduqca zəruri edir. BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi qərarlara hörmət etməli və bütün tərəflərdən həmin qərarlara hörmətlə yanaşmasını tələb etməlidir. Əks halda, ikili standartlar, ayrı-ayrı dövlətlərə münasibətdə qeyri-obyektiv münasibət göstərilməsi təəssüfedicidir. Bütün bunlar bir daha göstərir ki, BMT-də islahatların aparılması dünya ictimaiyyətinin əsas istəklərindən, tələblərindən biridir”.

sia.az

Digər xəbərlər