Siyasət

  • 6 064

Rauf Əliyev: Ermənistan öz riyakar əməllərindən əl çəkmir

image

“Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təcavüzünə qarşı qəhrəman Azərbaycan Ordusunun başladığı əks-hücüm əməliyyatları ardcıl olaraq qələbələrlə yekunlaşmışdır. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərtləri irəli sürür. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatları Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməyizliyini anlayırlar. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.R.Əliyev bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər naziri arasında Moskvada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşdə əldə olunan razılaşma humanitar xarakter daşıyır və Ermənistan verilən son şansdır. Humanitar atəşkəsin elan olunması Beynəlxalq Hüququn prinsiplərindən, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasının əlavə protokollarından irəli gələn addımlardır. Əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan yenə də atəşkəsi pozmaqda davam edir. Ermənistan Silahlı qüvvələri Azərbaycan Silahlı qüvvələrinin Cəbrayıl, Hadrud və digər bölgələrindəki mövqelərinə hücum etməyə cəhd göstəriblər. Düşmən ağır itki verərək geri çəkilib. Humanitar atəşkəsi pozan təcavüzkar Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş zonasından 60 km uzaqlıqda olan Gəncə şəhərində növbəti dəfə əhalinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutub. Dinc əhali arasında çoxlu sayda ölən və yaralananlar vardır. Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqrımından bəri şahidi olduğumuz növbəti soyqırım aktıdır. Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın beynəlxalq birlik tərəfindən cəzalandılmaması onu daha çox müharibə cinayətlərinə sövq edir. Ermənistanı dayandırmaq lazımdır.

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Cənab Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi,düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları cənab Prezident İlham Əliyev üçün ən ali dəyərdir. İnanırıq ki, tezliklə qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə işğaı altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və işğaldan azad olan diğər yaşayış məntəqələrində dalğalanacaq”-deyə, R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər