Siyasət

  • 5 055

Tofiq Zülfüqarov: KTMT-nin üzvü olan olkələr Ermənistanın bu təxribatına getmək fikrində deyil

image

“Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırda baş verən hadisələr onu göstərir ki, işğalçı Ermənistanın bu kimi təxribatları gözlənilən idi. Nikol Paşinyanın başçılıq etdiyi siyasi elitanın məqsədi odur ki, hərbi əməliyyatlar bərpa edilsin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu prosesə cəlb olunsun”. Bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Tofiq Zülfüqarov bildirib ki, KTMT-nin üzvü olan olkələr Ermənistanın bu təxribatına getmək fikrində deyil. Onun sözlərinə görə, Paşinyan bu amildən istifadə edərək erməni cəmiyyətində Rusiyaya qarşı kampaniya aparacaq.
“Paşinyan açıq şəkildə Qərbə inteqrasiya etmək üçün erməni cəmiyyətinə belə mesaj vermək istəyir ki, Rusiya bu məsələdə Ermənistana dəstək vermədi. Məlumdur ki, Paşinyana müxalifət olan qüvvələr də rusiyapərəstdirlər. Beləliklə, baş nazir hakimiyyətini qorumaq üçün onlara da zərbə vurmaq məqsədi güdür. Burada məqsəd odur ki, Paşinyan Ermənistanın Rusiyadan uzaqlaşıb qərbə doğru getməsioni təmin etsin. Çünki indiki halda bunu açıq formada edə bilmirdi. Amma sosial-iqtisadi böhran Ermənistanı məcbur edir ki, qərb invstisiyalarını özünə cəlb etsin. Bu ölkədə iqtisadiyyat tənəzzülə uğrayıb, vətəndaşlar xaricə çıxıb gedirlər. Ona görə də, Paşinyan bu yolu tutub”-deyə, politoloq vurğulayıb.

yap.org.az

Digər xəbərlər