Siyasət

  • 4 153

"Azərbaycanlıların çevikliyi və aktivliyi diqqətdən yayınmır" ÖZƏL-MÜNASİBƏT

image

“2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlaması, təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında itkilərin olması, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsi bu gün dünya azərbaycanlılarını da ayağa qaldırıb. Xaricdə yaşayan milyonlarla insan Ana vətəninə həmrəylik nümayiş etdirir və cənab Ali Baş Komandanın yanında olduqlarını bəyan edirlər”. Bunu SİA-ya millət vəkili Emin Hacıyev deyib.Deputatın sözlərinə görə, işğalçı qüvvələrin Tərtər, Bərdə, Füzuli, Daşkəsən, Şəmkir, Beyləqan, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Tovuz rayonlarında, Gəncə şəhərində yaşayan mülki əhalini və obyektləri hədəfə almasına etiraz edən soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara, beynəlxalq təşkilatlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərir, Azərbaycan ordusunun haqq mübarizəsinə dəstək olurlar: “Onlar qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün mətbuat konfransları təşkil edir, xarici mediaya çıxırlar”.Millət vəkilinin sözlərinə görə, “Facebook”, “Twitter”, “Telegram”, “İnstagram” kimi sosial şəbəkə platformalarında azərbaycanlıların çevikliyi və aktivliyi diqqətdən yayınmır: “Bütün bunlar soydaşlarımızın Vətən sevgisi ilə yanaşı, Ali Baş Komandana inamı, Azərbaycan hakimiyyətinin diaspor siyasətinin düzgün qurulması və həyata keçirilən layihələrin effektivliyinin göstəricisidir”.

sia.az

Digər xəbərlər