Estoniyadakı Azərbaycan Evinin binası qarşısında Azərbaycanın Gəncə şəhərinin erməni silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə improvizə edilmiş memorial guşə yaradılıb.SİA xəbər verir ki, Tallinn şəhərin sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Azərbaycan Evinin qarşısına güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.Xatırladaq ki, oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
sia.az