Siyasət

  • 5 425

Düşmən vacib yüksəkliklərdən geri çəkilməyə məcbur edilib Müdafiə Nazirliyinin məlumatı

image

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib, Qubadlı istiqamətində düşmən vacib yüksəkliklərdən geri çəkilməyə məcbur edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

sia.az

Digər xəbərlər