Siyasət

  • 6 394

“Addım at və “Mənim addımım”dan çıx” SON ULTİMATUM

image

“Sizin çoxunuz qəbul edilən qərarlardan xəbərsiz idiniz və onlara təsir etmək imkanına da malik deyildiniz"

“Ermənistandakı kifayət qədər gərgin ictimai atmosferi nəzərə alaraq, onun tənzimlənməsi yönündə sistematik addımların atılması zərurəti yaranıb”. SİA tert.am-a istinadən xəbər verir ki, bu barədə “Alternativ layihə qrupu” hakim “Mənim addımım” parlament fraksiyasının 85 deputatının elektron ünvanına müraciət ünvanlayıb. “Addım at – “Mənim addımım”dan çıx” təklifini irəli sürən “Alternativ layihə qrupu” bildirib ki, artıq kollektiv və individual cavabdehlik zamanı çatıb.
Alternativ layihə qrupu: “Biz nəhəng itkilər verdik, bizdə minlərlə yaralı var, yüz minlərlə erməni qaçqınlara çevrildi”
SİTAT: “Dünən gec saatlarda baş nazir şəxsən sizin üzərinizə ölkədə ağlagəlməz cinayətlərin mümkünlüyünü daşımağınız məsuliyyətini qoyub ki, siz hələ də bundan qurtula bilərsiniz”, yazılan müraciətdə bildirilir: “Sizlərin idarəçiliyiniz müddətində Ermənistan məğlubiyyətə uğradı. Biz Şuşanı və Hadrutu itirdik. Biz nəhəng itkilər verdik, bizdə minlərlə yaralı var, yüz minlərlə erməni qaçqınlara çevrildi. Sizin idarəçiliyiniz müddətində Ermənistan parçalandı. Bağışlanmaz səhvlərə yol verildi ki, bu da ölkəni fəlakətə gətirib-çıxardı”.
“Nəinki kollektiv problem mövcuddur, həm də individual cavabdehlik də var”
“Sizin idarəçiliyiniz zamanı istənilən savadlı və peşəkar, məntiqli və yüksək ittihamçılar düşmənə çevrildi”, yazan adıçəkilən qrup ittihamlarına əlavə edib: “Siz özünüzdə iradə və siyasi cavabdehlik tapa bilmədiniz ki, müharibəni tez bir zamanda saxlayasınız və bununla minlərlə insanın həyatı xilas ola bilərdi. Sizin hakimiyyətiniz zamanı Ermənistanın kapitulyasiya sənədi imzalandı”.
“Bunlarla yanaşı, nəinki kollektiv problem mövcuddur, həm də individual cavabdehlik də var”, qeyd edən “Alternativ layihə qrupu” əlavə edib ki, hakimiyyəti təmsil edən deputatların çoxu qəbul ediləcək qərarlardan xəbərsiz olublar: “Sizin çoxunuz qəbul edilən qərarlardan xəbərsiz idiniz və onlara təsir etmək imkanına da malik deyildiniz. Ona görə də, dövlətimiz naminə, öz uşaqlarınız naminə, tarix naminə bunu bir daha nəzərdən keçirin! Addım at və “Mənim addımım”dan çıx. Ermənistanı məhv edən prosesin dayanmasına kömək edin”.

sia.az

Digər xəbərlər