Siyasət

  • 5 206

Vladimir Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq etdi - TƏHLİL

image

Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan və bəzi təhdid ritorikası hiss olunan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı imzalanmış sənəd barədə Rusiya televiziyasına verdiyi müsahibə əsasən erməni cəmiyyəti və erməni dairələrinə ünvanlanmış mesajlardan ibarət idi.Əvvəla Rusiyaya qarşı şıltaqlıq edən erməni lobbisi, erməni cəmiyyətləri və ictimaiyyətinə şəxsən Rusiya prezidentinin birbaşa, şifrəsiz, açıq mətnlə müraciət etmək zorunda qaldığını göstərir. Və bir növ izahat-hesabat çıxışı edərək, konkret qəti mesajını çatdırdı. Çünki Rusiyanın istəyi lazımi dairələrə lazımi kanallarla çatdırılmışdı. Qısaca, bu mesajları - Vladimir Putinin dediklərini aşağıdakı kimi punklaşdırmaq olar:

- Rusiya öz müttəfiqi olan Ermənistana kifayət qədər hərbi-texniki yardım göstərib və erməni rəhbərliyi buna görə həmişə minnətdarlığını bildirib.
- Atəşkəsin müəyyən olunmuş şərtlərlə dayandırılmasını müharibənin gedişində Rusiya Ermənistana təklif edərkən erməni tərəfi döyüşməyi üstün tutub.
- Hazırda Rusiyanın istəmədiyi hakimiyyət dəyişikliyi ermənilər üçün intihara bərabərdir.
- Paşinyanın satqın olmadığını erməni cəmiyyətinə çatdıraraq hələ onunla işləmək istədiyini bildirdi və heç bir halda imzalanmış sənədin imtinasının yol verilməz olduğu mesajını verdi.
- Rusiya xilaskarlıq missiyası ilə Qarabağa gəlib onları ölümdən qurtarıb və status məsələsi hələ müzakirə mövzusu deyil.
Eyni zamanda Rusiya Prezidenti Ermənistan cəmiyyətində yaranmış anti-rus rəyinin üstünlük təşkil etdiyini dəqiq bildiyi üçün məhz ictimaiyyətə və aidiyyəti dairələrə Sorosun gətirdiyi bəlanın cəzasını çəkməli olduqlarını bildirərək Rusiyanın xilaskar missiyasına möhtac olduqlarını başa salır. Yəni fakt qarşısında seçim yoxdur və Rusiyaya etimad yeganə seçimdir .Ermənistanı həm ərazi olaraq, həm siyasi hakimiyyət olaraq Qərbə qətiyyən güzəştə getməyə razı olmayan Rusiya Prezidenti öz müsahibəsində bir neçə dəfə Dağlıq Qarabağın müstəqilliyinin heç Ermənistanın tanımadığını, bu ərazinin Azərbaycana aid olduğunu, Beynəlxalq hüququn bunu təsdiq etdiyini bildirən Putin eyni zamanda Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olan və Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə hörmətlə rəftar etməsi üçün Abxaziya, Acarıstan və Krım kimi dünyada Rusiyadan başqa heç bir dövlətin tanımadığı saxta qurumların da adını çəkməklə təhdid etməkdən də yan keçmir.Və status məsələsinin xatırlatmaqla erməni tərəfdə hansısa məchul ümid yaratmaqla Azərbaycan tərəfə də hədələyici mesaj verir. Yəni Rusiya bu məsələdə birinci məqsədinə qismən nail olduqdan sonra növbəti mərhələlərdə oyuna Minsk qrupunun digər həmsədrlərini qatmaqla oyunun istiqamətini müəyyən qədər dəyişmək şansını əlində saxlayır. Bu da Azərbaycan-Turkiyə faktoruna qarşı Rusiyanın qarantiyası kimi əlində saxladığı "kozır"dır.Bütün bu oyunlara rəğmən Rusiya və Ermənistan öz imzaları ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək zorundadırlar. İşğal faktı və ərazilərin boşaldılması öhdəliyi Azərbaycanın bundan sonrakı siyasi, hərbi və diplomatik üstünlüyünü ciddi və birmənalı şəkildə təmin etdiyi kimi, Beynəlxalq Hüquq və Beynəlxalq məhkəmə üstünlüyü və imkanını rəsmiləşdirib təsdiq etdi. Bundan sonrakı, yeni hərbi əməliyyatlar istənilən halda Ermənistanın təkcə Qarabağda məhvinə deyil, İrəvanın vurulmasına heç bir məhdudiyyət qoymur.
Sadəcə olaraq zaman məsələsində və Rusiyanın sülhməramlı missiyası öhdəliklərinin dəqiqliklə yerinə yetirilməsini bacarıb-bacarmayacağını diqqətlə izləyib münasibət bildirmək qalır. Əgər Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəklərsə və meşələrimizin yandırılmasına şərait yaradacaqlarsa Azərbaycan və Türk ordusu bu missiyanı öz üzərinə götürə bilər.Xatırlatmaq yerinə düşər ki, Rusiya sülhməramlılarının missiyası təkcə Erməniləri Xankəndinə qaytarmaqdan ibarət deyil və Gəncəni ballistik raketlə vurmaq əmrini şəxsən özünün verdiyini (?!) etiraf edən saxta qurumun cinayətkar başçısı Arkadi Araikyanla rəsmi görüş bu missiyanın bitərəf və humanitar fəaliyyətinə kölgə salır.Ancaq ümumi götürdükdə dünyanın bütün hərbi və siyasi ekspertlərinin birmənalı rəyinə görə, bu münaqişənin birmənalı və qeyd-şərtsiz udan tərəfi Azərbaycan və onun Ali Baş Komandanı Prezident İlham Əliyevdir. İmzalanmış sənəd Azərbaycanın hərbi-siyasi və diplomatik qələbəsinin hüquqi rəsmiləşdirilməsi olduğu kimi Rusiya Prezidenti Vladimir Putunin də rus televiziyasına 17 noyabrda verdiyi müsahibə həmin sənədin Ermənistanın işğal faktının və Azərbaycanın ərazi bütövlüyünün Rusiyanın birinci şəxsinin timsalında bir daha təsdiqi idi. Eyni zamanda Vladimir Putin Türkiyə ilə Qafqazda əməkdaşlıq edəcəklərini bildirməklə NATO-nun ən güclü ikinci hərbi qüvvəsi ilə NATO-dan kənar əməkdaşlıqla bu hərbi blokun Rusiyaya qarşı gücünü zəiflətmiş olur. Və bu reallığı faktiki əməkdaşlıq kimi qiymətləndirir.

QARABAĞ MƏSƏLƏSİNİN REAL HƏLLİ DEMƏK OLAR Kİ, ARTIQ ELAN OLUNMUŞDUR. AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV QƏTIİ SURƏTDƏ RƏSMİ OLARAQ BİLDİRİB Kİ, QARABAĞDA HEÇ BİR XUSUSİ STATUSDAN SÖHBƏT GEDƏ BİLMƏZ VƏ 1990-92- Cİ İLƏ QƏDƏR ORADA YAŞAYAN ERMƏNİLƏR AZƏRBAYCAN VƏTƏNDAŞI OLARAQ QAYIDIB XANKƏNDİDƏ YAŞAYA BİLƏRLƏR. AZƏRBAYCAN ƏRAZİSİNDƏ ERMƏNİSTANA MƏXSUS HƏR HANSI HƏRBİ VƏ MÜLKİ OBYEKT VƏ SUBYEKT OLA BİLMƏZ!

sia.az

Digər xəbərlər