Siyasət

  • 4 247

“Səs” qəzeti dövlətçilik tariximizdə əbədi yaşayacaq işlərə imza atıb - TƏBRİK

image

Hörmətli Bəhruz müəllim!

30 il əvvəl fəaliyyətə başlayan “Səs” qəzeti dövlətçilik tariximizdə əbədi yaşayacaq işlərə imza atmış, bu gün haqlı olaraq öyündüyümüz müstəqil Azərbaycan dövlətinin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Fəaliyyətə başladığı ilk gündən qəzet dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutmuş, bütün təqiblərə, təzyiqlərə sinə gərərək öz yolundan dönməmişdir.Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin blokada vəziyyətində olan Naxçıvandakı fəaliyyəti bu qəzetdə öz obyektiv əksini tapmış, ümidini itirmiş yüz minlərlə insanın gələcəyə inamla baxmasına səbəb olmuşdur. Heydər Əliyevin böyük siyasətə qayıtmasını və Yeni Azərbaycan partiyasını yaratmağa razılıq verməsini xahiş edən 91 ziyalının müraciəti və həmin müraciətə ulu öndərin cavabı da məhz bu dəyərli qəzetdə dərc olunmuşdur.Bu gün sizin rəhbərliyinizlə dövlətçiliyimiz naminə son dərəcə səmərəli fəaliyyət göstərən “Səs” qəzeti möhtərəm prezidentimiz İlham Əliyevin reallaşdırdığı böyük işləri oxuculara çatdırmaq məqsədilə dəyərli iş aparır. Xüsusilə, 44 günlük vətən müharibəsi dövründə Ali Baş Komandanımızın çoxistiqamətli fəaliyyətini işıqlandırmaq sahəsində gördüyünüz iş ən yüksək qiymətə layiqdir. Şübhə yoxdur ki, Azərbaycanda və dünyada baş verən proseslər barədə əhalini məlumatlandırmaq istiqamətində fəaliyyətinizi bundan sonra da uğurla davam etdirəcək, Azərbaycan dövlətinin inkişafına öz mühüm töhfənizi verəcəksiniz.
Hörmətli Bəhruz müəllim!
İcazə verin “Səs” qəzetinin fəaliyyətə başlamasının 30 illiyi münasibətilə sizi və qəzetinizin kollektivini səmimi qəlbdən təbrik edim və gələcək işlərinizdə böyük uğurlar arzulayım.

Dərin hörmətlə,

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Digər xəbərlər