Siyasət

  • 4 063

Rəsmi İrəvanın mina xəritələrinin mövcud olmadığını iddia etməsi absurddur - ŞƏRH ÖZƏL

image

"Mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Belə ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə yenə də hərbi cinayət törədir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin apardığı tədqiqata görə 350 milyon kv. metrdən 830 milyon kv. metrə qədər ərazidə 50 mindən 100 minədək minaların yerləşdirildiyi hesablanıb. Məlumata görə, minalar müharibə təsirinə məruz qalan atəşkəs xətti boyunca sərhədyanı bölgələrdə və Ermənistanla sərhəd rayonlarda yerləşdirilib". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Ekspertin sözlərinə görə, məlum məsələdir ki, ərazilərə minalar yerləşdirilərkən təlimə uyğun olaraq xəritələr tərtib olunur, bir nüsxəsi də həmin dövlətin Silahlı Qüvvələrinin Baş Qərargahında olur: "Ermənistanın isə bu reallığı inkar etməsi absurd məsələdir. Ermənistan xəritələri Rusiya sülhməramlılarına da verə bilər. Lakin yenə də qeyri-konstruktiv siyasət yürüdərək rəsmi İrəvan xəritənin mövcud olmadığını iddia edir, beləliklə də sanki məğlubiyyətin acığını çıxır. Bərpa-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir və bu istiqamətdə ilkin iş ərazilərin minalardan təmizlənməsidirsə xəritə olmadan təmizlənmə işinin aparılması çətinlik yaradır, hərbi və mülki şəxslər arasında itkiyə səbəb olur. Ermənistanın niyyəti bərpa quruculuq işlərinə mane olmaq, insanlarımızın öz dədə-baba yurdlarına dönmə işini ləngitməkdir. İlk iş minalardan təmizlənmə prossesidirsə, bunu Azərbaycana vermək də əsas məsələ olmalıdır. Kapitulyasiyadan üç aydan artıq zaman keçib, bu zaman ərzində biz eşitməmişik ki, Ermənistanın hər hansı bir hərbiçisi və ya vətəndaşı minaya düşərək həlak olub, deməli minaların koordinatları onlarda mövcuddur. Bu xəritələrin üzə çıxmaması üçün isə Ermənistan min oyun oynayır. Birincisi, nəzərə alınsa ki, təkcə həlak olanlar yox, ciddi xəsarət alanlar da var. İkincisi, bu həm də Azərbaycan hərbiçilərinin və mülki vətəndaşlarının deyil, eyni zamanda Türkiyə və Rusiya sülməramlılarının da həyatına təhdiddir, o zaman minaların xəritəsini tələb edən tərəf təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət də olmalıdır. Xəritələrin verilməsi ərazilərin daha asan və tez bir zamanda təmizlənməsi üçün vacibdir. Bu, uzun müddətli qüvvə və vəsait tələb edən prosesdir". Ş.Həsənova bildirib ki, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir: "Ermənistan isə hər vəchlə buna mane olmaq istəyir. Hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etməkdir. Məlum məsələdir ki, 30 ildir torpaq həsrəti ilə yaşayan azərbaycanlılar oraya qayıtmaq üçün səbirsizlənirlər. Ermənistan isə bundan da istifadə edir, insanlarımızın o ərazilərə qayıdışını çətinləşdirmək niyyətindədir. Bərpa işləri mərhələli şəkildə həyata keçirilir. İlk iş minalardan təmizlənməkdirsə, bu istiqamətdə də dövlət başçısının tapşırığına əsasən Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmaqdadır. Xəritələrin mövcud olmamasını iddia etməsi ilə qarşı tərəf unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər".

sia.az

Digər xəbərlər