Siyasət

  • 4 317

Azərbaycan qələbəyə məhkum idi

image

"Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır"

Prezident İlham Əliyev

Azərbaycan öz haqlı mübarizəsində qalib olmaq və əbədi, əzəli torpaqlarını işğalçılardan təmizləmək üçün illər ərzində məsuliyyətli və sistemli şəkldə addımlar atdı.Bütün dünyaya sübut olundu ki, həqiqətənn də biz azadlıq müharibəsi, ədalət müharibəsi aparırıq, ermənilər isə işğalçılıq müharibəsini davam etdirirlər. Ancaq Azərbaycan dövləti bütün səylərini topladı, gücünü səfərbər etdi, ardıcıl siyasət aparıldı, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu dövlətlərlə münasibətdə, regional böyük layihələrin icrasında , ordu quruculuğunda çox böyük işlər görüldü. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırdı. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrildi. İllərdir Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanması, milli maraqların qorunmasına xidmət etməsi göz önündədir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin beynəlxalq mövqeyi daha da möhkəmləndi, ölkəmiz inbeynəlxalq münasibətlər sistemində nüfuzu artdı. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, həmçinin milli və ümumbəşəri dəyərlərin, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, milli və dini müxtəlifliyin qorunmasına töhfələr verdi.Bu gün haqlı qələbəsinə qovuşan Azərbaycan dünyada 44 günlük qalib bir mübarizə ilə də ilkə imza atdı. Xalq-dövlət birliyi, ordumuzun gücü, rəhbərliyin düşünülmüş addımları bizim qalibiyyətimizi dünyaya göstərdi.
Ölkə rəhbəri tərəfindən görülən həmin bu uğurlu işlər bizim haqlı mübarizəmizdə qələbəmizə gətirib çıxardı. Haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan dövlət olaraq bu Vətən Müharibəsindəki qalibiyyətə məhkum idi.Çünki biz xalq və dövlət olaraq haqlı mübarizəyə qoşulmuşduq, işğalçılardan əbədi və əzəli torpaqlarımızın azad edilməsi mübarizəsinə. Ən qürurlandırıcı məqamlardan biri də o oldu ki, Vətən Müharibəsində Azərbaycan gəncləri bütün qətiyyətləri, məsuliyyətləri, Vətən, dövlət, xalq sevgiləri ilə, qanları, canları bahasına döyüşdülər.
2019-cu il 2 Fevral Gənclər Günü münasibətilə təşkil edilən tədbirdə Cənab İlham Əliyevin çıxışı əslində Azərbaycan gəncliyinə bir çağırış idi. Prezident İlham Əliyev gənc yaşlarındakı fəaliyyətini bugünkü Azərbaycan gəncliyinə nümunə göstərərək vurğulamışdı ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə gənclər heç bir vaxt naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi öz əllərindədir. Cənab İlham Əliyevin çıxışından aydın olan, indiyədək bilmədiyimiz bəzi həqiqətlərdən də agah oldu. Və ölkə rəhbərinin nitqində agah olan bu həqiqətlər Azərbaycan gəncliyi üçün ən mükəmməl nümunənin məhz İlham Əliyevin özünün, sözünün və fəaliyyətinin olduğunu təsdiq etmiş oldu.
Çıxışında bugünkü gəncliyə inandığını, güvəndiyini xüsusi vurğulayan prezident İlham Əliyev Azərbaycan gənclərinin ən böyük hamisi kimi onlara həm çağırış etdi, həm də qarşılarında duran vəzifələri dəqiq müəyyənləşdirdi:” Milli ruhda tərbiyə almalı, vətənpərvərlik ovqatında olmalı, təhsilə çox böyük fikir verməli, peşəkar və fəal olmalı, xalqının maraqları hər şeydən üstün tutulmalı və dövlət maraqları, milli mənafeyi, müstəqilliyi layiqincə qorumalı...”
Biz bu çıxışın üzərindən qısa bir müddət keçdikdən sonra, 2020-ci ildə nəyin şahidi olduq? Bütün Azərbaycan gəncliyi bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün ayağa qalxdı, birləşdi, əsgər kimi səngərdə, ziyalı kimi dünya ictimaiyyəti qarşısında, şəxsiyyət kimi isə informasiya mühitlərində döyüşdü və QALİB oldu.
Prezident İlham Əliyev özünün çıxışlarında hər zaman gənclərin ictimai-siyasi və humanitar proseslərdə, dövlət əhəmiyyətli işlərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni həmişə novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.
Bu gün hamıya məlumdur ki, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, həm də gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməyə sövq etdi.
Təbii ki, bu məqsədlə dövlət üzərindəki cavabdehliyi layiqincə yerinə yetirir. Dövlətin gənclər siyasəti, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm tədbirlər görülür, gənclərə geniş fəaliyyət imkanları yaradılır, müxtəlif strukturlarda, rəhbər vəzifələrə seçkilərdə gənclərə üstünlük verilir. Azərbaycanın ən qədim, həm də inkişaf etmiş rayonlarından olan Quba rayonunda da bu nümunəyə aid yetəri qədər faktlar vardır.
Bütün bu illər ərzində əsas məsələ ölkə gəncinin də vətən və dövlət qarşısındakı məsuliyyətini lazımincə dərk edərək bu imkanlardan bacarıqla yararlanmasından ibarət olmuşdur. 44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncliyi dövlətin, xalqın Vətənin qarşısında öz borcunu layiqincə yerinə yetirdi, bu milləti, torpaqlarımızı qorudu, azad etdi. Gənclər səngərdə olduğu kimi arxa cəbhədə də Vətən sevgisi uğrunda bir oldular.Təkcə elə region ali məktəbi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da fəaliyyətini elə tələblər əsasında qurur ki, hazırladığı kadrlar dövlətə, dövlətçiliyə bağlı, tədqiqatçılıq qabiliyyətli, yaradıcı və innovativ şəxsiyyətlər olmaqla cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsində müəyyən rola sahib olsunlar, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşsinlər, necə ki, birləşdilər də.
Doğrudan da gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, onların Vətənpərvərlik ruhunda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə alması möhtəşəm Qələbəmizə, torpaqlarımıza qovuşmağımıza səbəb oldu. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etdilər.Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu Qələbə tarixi hadisəyə çevrildi. Azərbaycan tarixində buna oxşar qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur və bundan sonra da olunacaq. Çünki bizim böyükdən kiçiyə hamımızın bir Vətəni, bir sevdası var: AZƏRBAYCAN!

Aysel Şeydayeva
YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri

yap. org.az

Digər xəbərlər