Siyasət

  • 3 642

“AXCP kimi partiyalar anti-milli mövqelərini ortaya qoyurlar”

image

“Əgər bir ölkənin vətəndaşı öz ölkəsi haqqında xarici əleyhdarlarına yalanlara söykənən donoslar verirsə, bunun bir adı var, o da xəyanətdir. İstər Azərbaycan, istərsə də hansısa bir ölkənin vətəndaşı olsun, bunun başqa adı yoxdur. Bu, anasını yadlara satan övlad anlayışı ilə üst-üstə düşür. Təəssüflər olsun ki, yüz illər əvvəl olduğu kimi, içimizdə bu gün də vəzifə, hakimiyyət, mal-mülk naminə bu yolu tutan Tacəddin Köpək, Həsən Səyyad kimiləri aramızda olmaqdadır”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, milli dəyərlərdən tamamilə uzaq olan "Milli Şura"dakılar, Azərbaycan tarixində mühüm rol oynamış ideologiyaların adlarından çirkin niyyətləri üçün istifadə edən Müsavat, AXCP kimi partiyalar da öz fəaliyyətləri ilə bu gün də anti-milli mövqelərini ortaya qoyurlar: “Həm xaricdəki anti-Azərbaycan qüvvələrdən, həm də içimizdəki bəzi simasız eks- məmurlardan aldıqlarını bu yollarla kompensasiya edirlər. Onlar özləri də tutduqları yolun xəyanət olduğunu yaxşı anlayırlar. Sadəcə, rus demiş, “verbovat” olunmuş adamın bu yoldan dönmə şansı yoxdur. Allah onlara ağıl verə, özləri bir yana, barı yaxınlarını cəhənnəm oduna sürükləməyələr. Pul, mal, hakimiyyət, kreslo xatirinə özlərini və yaxınlarını belə yola sürükləyənlərin haqqın dərgahında bu xalqı sevənlər qarşısında necə cavab verəcəkləri onları narahat etməlidir. Allah onlara ağıl versin, nə deyək bundan artıq?”

sia.az

Digər xəbərlər